Dilsuz

Mustafayev Dilsuz Murtaza oğlu (1 mart 1945, Buruc, Tərtər rayonu) - şair, tərcüməçi, 1985-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü.

DİLSUZ
Dilsuz Murtaza oğlu Mustafayev
Doğum tarixi 1 mart 1945(1945-03-01) (79 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti şair, tərcüməçi
Üzvlüyü

Dilsuz 1945-ci il martın 1-də Tərtər rayonunun Buruc kəndində anadan olmuşdur. Burada səkkizillik məktəbin ikinci sinfini bitirdikdən sonra ailəliklə Tərtər rayon mərkəzinə köçdüklərindən orta təhsilini orada, 1 saylı məktəbdə başa vurmuşdur (1961). Sonra Azərbaycan Dövlət Politexnik İnstitutunun avtomatika fakültəsində təhsil almışdır (1962-1968).

Əmək fəaliyyətinə Bakı yaxınlığında olan Əmircan qəsəbəsindəki sənaye müəssisəsində layihəçi-mühəndis kimi başlamışdır (1968-1970). Azərbaycan Radio və Televiziya Şirkətində səs operatoru (1970-1973), ədəbi-dram baş redaksiyasının incəsənət və radio teatrı şöbəsində redaktor (1973-1979), "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, publisistika şöbəsinin müdiri (1979-1992), sonra "Axtarış" qəzetində ədəbi işçi (1992), "Kəndin səsi" qəzetinin redaktor müavini vəzifəsində çalışmışdır (1992-1993). Hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetində məsul işçidir (1993-cü ildən). Bədii yaradıcılığa 70-ci illərdən başlamışdır. Onun şerləri, publisist yazıları "Azərbaycan", "Ulduz" jurnallarında və qəzetlərdə müntəzəm çap edilir. Şerləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Yaradıcılığında bədii tərcüməyə xüsusi yer verir.

  • Ağ atlı oğlanın nağılı. Bakı: Yazıçı, 1981, 67 səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]