Dimdim qalası (kürd. قەڵای دمدم, fars. قلعه دمدم) — indiki İranın Qərbi Azərbaycan vilayətində, Urmiya gölünün qərbində Dimdim dağının zirvəsində yerləşən tarixi kürd qalası.[1] Dimdim döyüşü adı ilə xatırlanan döyüş bu qalanın yaxınlığında baş vermişdir.
Dimdim qalası | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Koordinatlar | 37°21′36″ şm. e. 45°10′15″ ş. u.HGYO |
Şifahi məlumatlara görə qala İslamdan əvvəlki dövrdə tikilib. [2] Qala Səfəvilər tərəfindən 1609-cu ildə tutulub,[3] sonra həmin il Əmir Xan Ləpzerin tərəfindən yenidən inşa edilib. [2] Digər mənbələrdə isə Dimdim qalasının 1610-cu ildə alındığı qeyd edilir[1]
"Dimdim" sözünün qala daşlarının qaladan vasitə düşərkən çıxardığı səs-küylə bağlı olaraq yarandığı, yəni onomatopoeik bir söz olduğu düşünülür. [4]