Dinəvər

Dinəvər — Cəbəl (qədim Midiya ərazisi) vilayətindəki mühüm şəhərlədən biri. Xarabalığı Bisutin dağı yanında Caması-ab çayı sahilindədir.

Bu şəhərdən iki görkəmli tarixçi çıxıb.

Tarixçilərdən biri — Əbu Muhəmməd Abdullah ibn Muslim ibn Quteybə Dinəvəri (vəf. hicri 276 / miladi 889) əslən xorasanlı olsa da, İraqda doğulmuşdu və Bağdadda dərs deyirdi. O, ərəb dili və ədəbiyyatını, fiqh və təfsiri mükəmməl mənimsəmişdi. Bir müddət Dinəvər şəhərində qazılıq etdiyi üçün, bu ləqəblə tanınırdı. Quran kəlimələrinin və çətin hədislərin izahı, şairlərin tərcümeyi-halı barədə kitabları vardır. Dinəvəri ərəb filologiyasında Bağdad qrammatika məktəbinin əsasını qoymuşdur. Onun "əl-Məarif" əsəri ən qədim tarix mənbələrindən sayılır. Lakin müəllifə dünya şöhrəti gətirən "əl-İmamə və’s-siyasə" kitabı olmuşdur. Xilafətin tarixinə, xəlifəlik qaydalarına və hakimlik şərtlərinə həsr olunmuş bu əsəri haqlı olaraq, ən dəyərli tarixi mənbələr sırasına aid edirlər.

"Dinəvəri" ləqəbi ilə tanınan daha bir alim Əbu Hənifə Əhməd ibn Davud (vəf. hicri 282 / miladi 895) olmuşdur. O, ən müxtəlif elm sahələrində eyni səviyyədə bacarıq nümayiş etdirirdi. Dinəvəri ərəb dilçiliyi, məntiq, nücum, hesab, həndəsə, tarix, botanika və fəlsəfə mövzularında dəyərli əsərlərin müəllifidir. Hərtərəfli istedadına və ensiklopedik biliyinə görə, çoxları onu Nəsrəddin Tusi ilə müqayisə edirlər. Dinəvəri İsfahan şəhərində rəsədxana tikdirmişdi və orada astronomik cədvəllərin tərtibi ilə məşğul olurdu. Onun botanikaya aid verdiyi məlumatlar xüsusilə qiymətli sayılır. Tarix mövzusunda qələmə aldığı "əl-Əxbaru’t-tival" kitabı dünyanın yaranışından Abbasi xəlifəsi Mu’təsimin hakimiyyətinin sonuna kimi keçən müddət ərzində baş vermiş hadisələrdən bəhs edir. Kitab tarixçilər üçün əvəzsiz mənbə rolunu oynayır.

border=none Əsas məqalə: Əd-Dinəvəri

Ərəb xilafətinin dağılmağa doğru getdiyini görən bəzi kürd feodalları öz hakimiyyətlərini gücləndirərək, müstəqil dövlət qurmağa başladılar. Məsələn, 961-ci ildə bir sıra kürd tayfalarını öz ətrafında birləşdirən Həsənvayh ibn əl-Kürdi paytaxtı Dinavər olan müstəqil Həsənvayhilər əmirliyinin və sülaləsinin (961–1015) əsasını qoydu (35,114).

Həsənveyh ibn əl- Kürdinin ölümündən sonra hakimiyyət onun oğlu Bədrə keçdi (979–1015). Həsənvayh əmirliyinə Həmədan, Dinavər, Nəhavənd, Əsədabad və digər rayonlar daxil idi. Böyük kürd tarixçisi Şərəf xan Bidlisi yazır ki, Bədrin hakimiyyəti zamanı Dinavərdən Əhvaza, Xuzistana, Burucizdə, Əsədabada və Nəhavəndə qədər olan bütün qalalar, dağlar və düzənliklər Həsənveyh əmirliyinə tabe idi (11, 91).

Hulvan əmiri (1010 −1046) Dəkuka və Hulvan əmiri Əbülfəth Məhəmməd bin Annazın ölümündən sonra onun yerinə keçdi. Qonşu əmirlərlə, özəlliklə Bədr bin Həsənveyh sülaləsindən Tahir bin Hilal ilə döyüşə girişdi. Qardaşı Sudi idarəsində Tahirin üzərinə gönderdiyi ordu yenilgiye uğradıqdan, Sudi də öldürüldükdən sonra Tahirlə anlaşmak zorunda qaldıysa da, çox keçmədən onu öldürtərək qardaşının qisasını aldı (1016). Öz adına Şehrizoru idarə edən qardaşı Muhalhil ilə Dinəvər valisi olan oğlu Əbülfəth arasında çıxan anlaşmazlıqda Dinəvəri ələ keçirərək oğlunu öldürən qardaşından qisasını almaq üçün Şehrizoru mühasirə etdi (1040). Ancaq, bir nəticə əldə ede bilməyincə Dinavərin idarəsini qardaşına bıraxmaq zorunda qaldı. Səlçuqlu sərkərdəsi İbrahim İnal, Hulvanı ələ keçirincə (1046), qardaşıyla barışdıysa da, kiçik oğlunun dustaq düşdüyü Səlcuqluların əlində öldüğünü xəbər alınca üzüntüdən öldü.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]