Din uçilişi binası — Rostov vilayəti Novoçerkassk şəhəri ərazisində yerləşən bina. Novoçerkassk şəhərində mövcudluğunu qoruyub saxlayan qədim binalardan biridir. Bina Puşkinskaya küçəsi 26 ünvanında yerləşir. Şəhərin görməli yerlərindən biri olaraq, regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. Bina XIX əsrin sonralarında inşa edilmişdir. Bina bu günə qədər mövcudluğunu qoruyub saxlanılmışdır. Binaya regional əhəmiyyətli mədəni irs siyahısına 1992-ci ilin 12 dekabr tarixində Rostov vilayət deputatlar sovetlərinin № 325 saylı qərarı ilə elan edilmişdir[1].
Din uçilişi binası | |
---|---|
rus. Здание приходского училища | |
47°24′44″ şm. e. 40°05′42″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Novoçerkassk |
Tikilmə tarixi | 1885 |
Memarlıq quruluşu | Kərpiç stili |
Vikianbarda əlaqəli mediafayllar |
1885-ci ildə Novoçerkassk şəhərində bir villa inşa edilir. Sonradan bina Din uçilişinin binasına çevrilir. İlk əvvəllər bina dul kazak qadını olan Anna Nikiforovna Borisovanın olmuşdur. Bir müddət sonra isə bknanın sahibəsi kazak Anna Mixaylovna Poxlebina olur. Bina təhsil ehtiyacları üçün istifadə edilirdi. Bina ilk dəfə olaraq dini təhsil məqsədi ilə istifadə iltizama alınır. Bu şəhərdə ilk uçiliş olur. Şəhərdə digər uçilişlərin meydana gəlməsi ilə bu uçilişində adı dəyişmişdir. Bir zamanlar Yuxarı Novoçerkassk, bir müddət sonra isə Birinci din uçilişi olaraq adlsnmağa başlanır. Burada Nikolayevsk kilsəsinində olan uşaqlar təhsil alırdı. Hər il uçilişdə 150 uşaq təhsil alırdı. Onlar binadan pulsuz istifadə edilirdi. Hər il binanın saxlanmasına 2450 rubl pul xərclənməlidir. XX əsrin əvvəllərində burada İkinci qızlar gimnaziyası yerləşir. Burada riyaziyyat, rus dili, əl işləri, oxu, rəssamlıq və s. fənlər təqdris edilir. 1930-cu ildə burada yeddi illik 15 nömrəli məktəb yerləşir. 1944-cü ildə isə binada 1 nömrəli məktəb yerləşirdi. 1949-cu ildən isə ancaq məktəb üçün istifadə edilir. 2015-ci ildən isə burada Psixo-pefaqoji, tibbi və sosial kömək mərkəzi "Parmoniya" mərkəzi[2].
Bina kərpiç stilində inşa edilmişdir. İki mərtəbəli binadır[2].