«Dinamo» Riqa hokkey klubu (latış. «Dinamo» Rīga) — Latviyanın Riqa şəhərində fəaliyyət göstərmiş hokkey klubu. Klub 1946-cı ildə təşkil edilmişdir. 1995-ci ildə isə fəaliyyətini dayandırmışdır.
Latviyada hokkey ənənləələri XX əsrin əvvəllərində meydana gəlmişdir. Riqada Rudiya imperiyası tarixində ilk dəfə 1908-ci ildə kanada hokkeyi üzrə «Yunion» və Atıcı parkı[1] arasında görüş baş tutmuşdur. 1930/1931-il mövsümündə isə Latviyanın ilk çempionatı keçirilmişdir. Burada «Yunion», «Vanderer» və «Yuniversitates Sport» klubları iştirak edirdi.
1946-ci ildə hokkey üzrə SSRİ cempionatında Riqada Dinamo klubu təşkil edilmişdir. İlk yarışında klub dördüncü yeri tutmuşdur. 1947/1948 mövsümlərdə klub ilk üçlükdən kənarda qalır. Sonrakı on il ərzində klub «Dauqava» adı ilə turnirin orta səviyyəli klubu olmuşdur. 1957/1958 mövsümündə çempionatda sonuncu yeri tutur. 1958/1959 mövsümü ikinci qrupda keçirməli olur. Uzun zaman ikinci divizyonun güclü komandalarından biri idi.
1968-ci ildən «Dinamo» klubunu Viktor Vasileviç Tixonov təyin edilir. Onun rəhbərliyi altında 1973-cü ildə klub güçlülər liqasına qayıdır. 1976/1977 mövsümündə SSRİ çempionatında dördüncü yeri tutur. Bundan sonra Tixonov MOİK-dan təklif alaraq klubu tərk edir. 1987/1988 mövsümündə isə klub Vladimir Vladimiroviç Yorzinovun rəhbərliyi ilə ikinci yeri tutur.
SSRİ dağıldıqdan sonra klub «Riqa» adı ilə MDB çempiontında iştirak etmişdir. Bundan sonra bir neçə beynəlxalq yarışlarda iştirak etmişdir. Klub 1995-ci ildə fəaliyyətini dayandırmışdır.
Klub dəfələrlə adını dəyişmişdir. Bununla belə mövcudluğu dövrünün böyük qismini «Dinamo» olaraq adlandırılmışdır. 1949—1958 və 1960—1963 illər ərzində «Dauqava», 1958—1960-ci illər ərzində «RVZ» və «Vaqonqayırma», 1963—1991-ci illər ərzində isə «Dinamo» adı ilə fəaliyyət göstərmişdir. 1991 - 1995-ci illər ərzində klub «Riqa», «Riqa Stars» və «Pardauqava» adları ilə fəaliyyət göstərirdi.
Mövsüm | Klub | Hesab | |
---|---|---|---|
1988 | Kalqari Fleymz | 2—2 | |
1988 | Edmontob Oylers | 1—2 | |
1988 | Vankuver Kenans | 1—6 | |
1988 | Los-Ancelos Kinqs | 5—3 | |
1989 | Çikaqo Blekhoxs | 1—4 | |
1989 | Sent-Luis Blyoz | 0—5 | |
1989 | Minnesota Nort Straz | 2—1 | |
1989 | Vaşinqton Kepitalz | 1—2 | |
1990 | Monreal Kanadiens | 2—4 |