Dinql yarımadası

Dinql (irl. Corca Dhuibhne) — İrlandiyanın cənub-şərqində Kerri qraflığında yerləşən yarımada. Burada ölkənin ən qərb nöqtəsi olan Danmor-Hed burnu yerləşir. Üstəlik sahillərində Dinql körfəzi yerləşir. Yarımadanın relyefi dağlıqdır. Burada irlandiyanın ən hündür aşırımı ən hündür dördüncü zirvəsi yerləşir (Brandon). Sahillərini Atlantik okeanın suları yuyur. Sahilləri girintili-çıxıntılıdır. Bəzi hissələrdə isə qumlu çimərliklər vardır. Yaxınlığında Blasket adası qərarlaşır.

Dinql yarımadası
Yerləşməsi
52°11′36″ şm. e. 10°05′02″ q. u.
Akvatoriya Atlantik okean
Ölkə  İrlandiya
Dinql yarımadası xəritədə
Dinql yarımadası
Dinql yarımadası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bölgədə yayılmış əhali irland dilində danışır. Ərazisində orta əsrlərə aid abiləri müşahidə etmək olar. Yarımadanın əsas yaşayış məntəqələri: Kaslqreqori, Kamp, Dinql. Ərazisində balıqçılıq və turizm yayılmışdır.


Yarımadanın panoraması

Mənbə[redaktə | mənbəni redaktə et]