Diogen heykəli (türk. Diyojen Heykeli) – Türkiyənin Sinop şəhərinin girişində yerləşən heykəl. Bu şəhərdə doğulmuş qədim yunan filosofu Sinoplu Diogenə həsr olunmuşdur. Şəhərin simvollarından biri hesab olunur.[1]
Diogen heykəli | |
---|---|
Ölkə | |
Tikilib | 2006 |
Vikianbarda əlaqəli mediafayllar |
Heykəl Ondokuz Mayıs Universitetinin Təsviri İncəsənət fakültəsinin müəllimi olan Turan Baş tərəfindən Samsun Böyükşəhər Bələdiyyəsi Heykəl və Keramika Emalatxanasında hazırlanmış,[2] 2006-cı ildə Sinop şəhərinin girişində ucaldılmışdır. Heykəl 20 nəfərdən ibarət heyət tərəfindən 6 ay ərzində hazırlanmışdır. Heykəl Samsun bələdiyyəsinin Sinop bələdiyyəsinə bir hədiyyəsi olmuşdur. Heykəlin sifarişçisi həmin dövrün Sinop bələdiyyə başçısı Zeki Yılmazer olmuşdur.[3]
2011-ci ildə heykəldə heykəltaraş Aziz Kayadelen tərəfindən bərpa işləri aparılmışdır.[1]
Yunana həsr olunduğu üçün heykəl bəzi milliyyətçi qruplar tərəfindən tənqidə məruz qalmışdır. 2017-ci ildə bir qrup şəxs heykəlin Balatlar kilsəsinə köçürülməsini tələb etmişdir.[4]
Heykəlin hündürlüyü 5,5 metrdir. Heykəldə Diogen çəlləyin üzərində, yanında itlə və əlində fənərlə təsvir olunmuşdur. Beləki, Diogen çox vaxt əlində fənəri ilə gəzməsi, çəlləkdə yaşaması və itəbənzər davranışları ilə tanınmışdır.[4]