Diogen sindromu — məişət tullantılarının yığılması və özünü cəmiyyətdən təcrid etmək davranışları ilə özünü göstərən bir narahatlıqdır[1]. Adını filosof Diogendən alan bu narahatlığa əsasən yaşlılarda rast gəlinir. Diogen cəmiyyətin normalarını qəbul etməyib, küçələrdə yatıb-qalxmış, dilənmiş, sadəliyi həyat nəzəriyyəsi olaraq qəbul etmişdir. Adı çəkilən problemdən əziyyət çəkən şəxslər də özlərini təcrid edir, xarici görünüşlərinə diqqət ayırmır və məişət tullantılarını atmayıb, əksinə toplayırlar. Bir növ obsessiv-kompulsiv pozuntu olaraq da hesab edilir, lakin bir çox ədəbiyyatlarda Diogen sindromu adi toplama komplulsiyalarından fərqlənir çünki Diogen sindromunda obsessiv tərəf yoxdur və ya rast gəlinən deyil[2][3].
Həyatının uzun illərini birlikdə keçirdiyi baxıcı(falçı deyil) və ya həyat yoldaşının ölümündən sonra şəxsin travmatik təcrübəyə verdiyi reaksiya kimi qəbul edilir. Konkret bir səbəb göstərilməməyi ilə bərabər risk faktoru olaraq beyninin frontal korteksi zədələnən şəxslərdə də bu sindrom müşahidə olunur[4].
Bədəndən kəskin pis qoxunun gəlməsi, dəridə qızartılar, saçların yuyulmamış olmağı, dırnaqların kəsilməmiş olmağı, qeyri-sağlam qidalanma və bir sıra başqa şəxsi gigiyena qaydalarına əməl etməmək.
Atılmayan məişət tullantılarının evdə yığılması, gəmirici və həşəratların evi məskən etməsi, çürümüş yemək qoxuları.
Məişət tullantılarının yığılması ilə ortaya çıxan dağınıqlıq[5].
Problemin səbəbi kimi müalicəsi ilə də bağlı konkret fikirlər mövcud deyil, lakin içki və narkotik məhrumiyyətlərinin səbəb olduğu Diogen sindromu zamanı qrup psixoterapiyaları və ya sosial dəstək qruplarının önəmi vurğulanır. Şəxsin öz həyat keyfiyyətlərini norma olaraq qəbul etməsi müalicəni çətinləşdirməkdən də ziyadə mümkünsüz hala gətirə bilər, təəssüf ki, davranışlar özünə kök saldığı üçün xəstələrin sağalmasında dalğalanmalar müşahidə olunur və simptomlarda tez-tez geri dönmələr görünür. Adətən müalicə alan xəstə buraxıldıqdan bir müddət sonra yenidən problem geri qayıdır[6][7][8] .
↑Clark, AN; Mankikar, GD; Gray, I. "Diogenes syndrome A clinical study of gross neglect in old age". Lancet. 1 (7903). 1975: 366–368. doi:10.1016/S0140-6736(75)91280-5. PMID46514.
↑Cybulska, E. "Senile Squalor: Plyushkin's not Diogenes Syndrome". Psychiatric Bulletin. 22 (5). 1998: 319–320. doi:10.1192/pb.22.5.319.