Dionisiya Areopaqita küçəsi

Küçəyə açılan mənzərə

Dionisiya Areopaqita küçəsi (yun. Οδός Διονυσίου Αρεοπαγίτου) — Afinanın Makriyani rayonunda yerləşən və Afina Akropolunun cənub hissəsinə bitişik piyada küçəsi. Afinanın ilk xaç suyuna salınmış sakini və Həvari Pavelin şagirdi olan Dionisiyanın şərəfinə adlandırılmışdır. Şərqdən qərbə doğru uzanır. Amaliya prospekti qovşağında, Hadrian qövsünün yaxınlığında başlayır və Filopappus abidəsində artıq Həvari Pavel prospektinə girən yerdə, Akropol və Afina aqora ətrafındakı piyada zonasının sonunda bitir.

Küçə ilk olaraq 1857-ci ildə indiki yerindən bir az şimalda salınmışdır. 1955-ci ildə Afina Akropolunda yol sistemini inkişaf etdirən memar Dimitris Pikionis küçəni yenidən düzəldərək yerini dəyişdirdi. 2003-cü ildən bu yana küçə sırf piyalar üçündür[1][2].

Tikili və abidələri

[redaktə | mənbəni redaktə et]
XX əsrin əvvəllərinə aid bina.

Amaliya prospektində, küçənin əvvəlində onun hər iki tərəfində binalar var. Lakin Makriyani küçəsi ilə kəsişmədən sonra şimal tərəfdə demək olar ki, heç bir bina yoxdur. Belə ki, burada Akropolun arxeoloji ərazisi yerləşir. Yaxınlıqda Dionis Teatrının girişi var. Cənub tərəfində Akropol muzeyi, həmçinin çoxmənzilli və ayrı evləri olan bir yaşayış sahəsi var. Küçənin sonunda Odeon Heroda Attikanın bir çıxış və mərkəzində isə Prokl Diadoxun evi yerləşir.

Küçənin məşhur sakinləri

[redaktə | mənbəni redaktə et]
  • Vangelis (Evanqelos Odisseas Papatanassiu), məşhur yunan bəstəkarı, ifaçısı və prodüseri — Akropol Muzeyinin yaxınlığındakı neoklassik ruhda tikilmiş bir bina. Muzeyin inşası zamanı demək olar ki, bina sökülməkdən güclə qurtulmuşdur.
  • Konstantinos Partenis, rəssam — evi 1967-ci ildə ölümündən sonra sökülmüşdür.
  • Akis Soxadzopulos, siyasətçi 2010-cu ildə həyat yoldaşı Dionisiya Areopaqita küçəsində ofşor şirkətdən istifadə edərək bir ev alması səbəbiylə qalmaqal mövzusuna çevrildi.
  • Ksenofon Zolotas, iqtisadçı və Yunanıstanın müvəqqəti baş nazir vəzifəsinin icra edicisi.
  1.  (yun.)Ελένη Αργυρίου (28 March 2008). "Καθ' οδόν: Στη Διονυσίου Αρεοπαγίτου"[ölü keçid]. Ριζοσπάστης; Retrieved March 2013
  2.  (yun.) Dimitris Diamantopoulos (17 June 2009). "O μεγάλος περίπατος" Arxivləşdirilib 2019-04-30 at the Wayback Machine. Lifo; Retrieved June 2014