Diotomit

Diatomit Diatomit — Torpaq, yosun, çöküntü, qaya, açıq boz və ya sarımtıl rəngli, adətən boş və ya zəif sementlənmiş müxtəlif miqdarda orqanik strukturları olan mineraldir. Kimyəvi diotomitin 96%-ni sulu silisium(opal)təşkil edir. Diotomit turşuları adsorbsiya etmək, aşağı istilik və səs keçiriciliyi yüksək olan məsaməliyə malikdir.

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Diatomitlərdə çoxlu sayda məsamələr var. Xammal strukturunda mikroskopik hava boşluqları kərpicdə mükəmməl istilik izolyasiya xüsusiyyətlərini təmin edir. Kimyəvi tərkibi SiO2−76,6%, Al2O3−7,52%, Fe2O3−1,53%, CaO-1,4%, MgO-1,25%, SO3−0,13%. Diatomitden dərman preparatlarında dərman vasitələrinin tərkib hissəsi kimi istifadə olunur. Gözənəkli quruluşa, yuksək fiziki və mexaniki xüsusiyyətlərə malik olması, ucuz başa gəlməsi diatomiti geniş şəkildə istifadə etməyə imkan verir. Sorbent, katalizator və onların daşıyıcıları, eləcədə filtrasiya prosesində doldurucu kimi istifadə olunur.

Diatomitlərin kərpic istehsalı üçün xammal kimi istifadə edilməsi, həmşinin qida sənayesində təmizləmə üçün filtrlər kimi, tibbi kosmetika, dərman və dərman preparatlarında dərman vasitələrinin tərkib hissəsi kimi istifadə edilir. Diatomitdən hazırlanan məhsullar qazanlardan nüvə reaktorlarına istilik izolyasiyası kimi istifadə olunur. Xam materialları tekstil, boya və lak sənaye, metallurgiya və maşınqayırma sahələrində istifadə olunur. Bu gün diatomit tekstil, neft kimya, yeyinti senayesində, antibiotiklərin, kağız və müxtəlif plastiklərin istehsalında, az miqdarda adsorbent və filtr vasitəsi kimi istifadə olunur.

Müxtəlif təyinatlı diatomit müasir təsnifatının əsasında, tətbiq sahəsindən və istismar xassələrindən asılı olaraq qruplara bölmə prinsipi qoyulmuşdu. Diatamitlərin təsnifatına aid bir sıra standartlar işlənmişdir. Diatomitin əsas xarakteristikaları, dərman və dərman preparatlarında dərman vasitələrinin tərkib hissəsi kimi tətbiq olunur.

  1. "-Nanosmologiya və nanotexnologiya jurnalı" Kimyəvi rabitə" 2004, № 7, s.796"
  2. By J. Lang Wood, eHow Contributor. How to Use Diatomaceas Earth As an Insecticid