Diplomatik kabel — diplomatik mesaj və ya diplomatik göndəriş. Diplomatik nümayəndəlik, həm səfirlik, həm də konsulluq, həm də ki, Xarici İşlər Nazirləri ilə mübadilə edilən məxfi mesajlardır. Bu yazışmalar beynəlxalq münasibətlər, xarici siyasət, iqtisadi, hərbi və ya digər mühüm məsələlərlə bağlı məlumatları əks etdirir.[1][2] Diplomatik kabel çox vaxt məxfi və ya gizli statusa malik olur, çünki burada mühüm məlumatlar, danışıqların detalları və ya hökumətin xarici siyasətlə bağlı strategiyaları əks olunur. Onlar ənənəvi olaraq şifrələnmiş formalarda göndərilir, amma müasir dövrdə e-poçt və digər təhlükəsiz rabitə vasitələri də istifadə olunur. 2000-ci illərin sonunda "Wikileaks" adlı təşkilat tərəfindən bir sıra ABŞ diplomatik kabellərinin sızdırılması beynəlxalq mediada böyük müzakirələrə səbəb olmuşdu.[3][4][5]
(n.) 4. a telegram sent abroad, especially by submarine cable. (v.) 9. to send a message by submarine cable.