Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə qarşı cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya — Konvensiya 1977-ci il fevralın 20-də qüvvəyə minmişdir. Nisbətən son dövrlərdə beynəlxalq müdafiədən istifadə edən şəxslərə qarşı cinayət əməllərinin sayının artması bu konvensiyanın qəbul edilməsinə səbəb olmuşdur.
Diplomatların müdafiəsi Konvensiyası | |
---|---|
Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə qarşı cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya | |
Hazırlanma tarixi | 14 dekabr 1973 |
İmzalanma tarixi | 28 dekabr 1973 |
İmzalanma yeri | Nyu-York, ABŞ |
Qüvvəyə minməsi | 20 fevral, 1977 |
İmzalayanlar | 25 |
Tərəflər | 180 |
Burada araşdırılan problemlərin dairəsi diplomatik agentlərə və beynəlxalq müdafiədən istifadə edən digər şəxslərə qarşı yönəldilmiş cinayətlərlə məhdudlaşmış olsa da, komissiya bu cür şəxslərə qarşı yönəldilmiş cinayətlər haqqında məsələni daha qlobal problem olan terrorizm aktlarının həyata keçirilməsi aspektlərindən birinə aid etmişdir.
Konvensiyanın 1-ci maddəsi beynəlxalq müdafiədən istifadə edən şəxslərə aşağıdakıları aid edir: dövlət başçısı, o cümlədən, dövlət başçısı funksiyasını yerinə yetirən kollegial orqanın hər bir üzvü, xarici dövlətdə olan hökumət başçısı və ya xarici işlər naziri, onları müşayiət edən ailə üzvləri, dövlətin istənilən nümayəndəsi və ya vəzifəli şəxsi, yaxud beynəlxalq təşkilatın istənilən vəzifəli şəxsi və ya digər agenti və onların ailə üzvləri. Həmin maddənin 2-ci bəndində ehtimal olunan cinayətkarın anlayışı verilir. Belə ki, ehtimal olunan cinayətkar ona münasibətdə maddədə göstərilən cinayətləri törətməsini və ya törətməsində iştirak etməsini "prima facie" isbat edən kifayət qədər dəlillər olan şəxsdir. Konvensiyaya əsasən diplomatik agent, akkreditiv və ya qəbul edən dövlət olmayan 3-cü dövlətdə ezamiyyətdə olduqda belə xüsusi müdafiə hüququna malikdir.
Konvensiyanın 2-ci maddəsi xüsusi əhəmiyyət kəsb edir. Burada xüsusi beynəlxalq hüquqi müdafiə yaradan cinayətin tərkibi müəyyən olunur. Buna aşağıdakılar aiddir: