Disney's Aladdin in Nasira’s Revenge

Disney's Aladdin in Nasira’s RevengeBöyük Britaniyanın videooyun şirkəti olan "Argonaut Games" tərəfindən 2000-ci ildə yaradılan macəra oyunudur.

Disney's Aladdin in Nasira’s Revenge
Hazırlayan Argonaut Games
Yayımlayan Disney Interactive
Sony Computer Entertainment
Anons tarixi Argonaut Games 2000
Buraxılış tarixi 1 dekabr 2000[1]
Janrlar Action-adventure
Bəstəkarlar Rob Lord
Texniki məlumat
Platformalar PlayStation
Windows
Oyun rejimi birnəfərli oyun
Daşıyıcı CD-ROM
İdarəetmə geympad

Əfsanəvi şəhər olan Aqraba təhlükə içərisindədir. Qəddar cadugərd Nəzirə qardaşı vəzir Cəfərin intiqamını almaq istəyir. Nəzirə Aqraba şəhərinin adamlarını tilsimə salaraq bütün saray əhlini özünə tabe etmişdir. Saray keşikçiləri Jasmin və Sultanı qaçırırlar. Nəzirə qədim əmanətləri toplayaraq Cəfəri diriltmək və dünyanı ələ keçirmək niyyətindədir. Bu səbəbdən Ələddin əvvəlcə həmin əmanətləri tapmalı və sonra Cəfərin dirilməsinə mane olmalıdır. Bunun Ələddin, Cin, Sehirli Xalça və Abu birlikdə macəralara yollanmalıdırlar. Ələddin dostlarının köməyi sayəsində bütün bu çətinliklərin üstəsindən gələrək Cəfərə qalib gəlir. Sonda Ələddin və Jasmin bir-birlərinə qovuşurlar.

  1. "Disney's Aladdin in Nasira's Revenge Information for PlayStation". GameFAQs. 2013-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-17.