Bu məqaləni vikiləşdirmək lazımdır. |
Dispers qüvvələr və ya London qüvvələri — Van-der-Vaals qüvvələrinin bir növü.
Hidrogen, karbon qazı, azot, metan və s. qazların bərk və maye halda olmasının səbəbini oriyentasiya və induksiya qüvvələri izah edə bilməmişdir. Buna əsasən 1930- cu ildə London, vandervaals qüvvələrinin tam təsviri məqsədilə üçüncü bir amil - dispers qüvvələrin mövcudluğunu irəli sürmüşdür. Kvant mexanikası təsəvvürlərinə əsaslanaraq, London göstərmişdir ki, dispers qüvvələr quruluşlarından asılı olmayaraq, müxtəlif iki qeyri - polyar və ya iki polyar atomlar və molekullar arasında mövcud ola bilər. İki qeyri polyar hissəciklər arasında qarşılıqlı təsirin yaranması elektronların dairəvi və nüvənin titrəyişli hərəkəti nəticəsində atomda ani dipolların əmələ gəlməsi ilə əlaqələndirilir.
Nəcib ("təsirsiz", "inert") qazların atomları və qeyri polyar molekulları arasında əsasən dispers qüvvələr təsir göstərir.
Vandervaals qüvvələri molekulyar klatrat birləşmə adlanan mürəkkəb molekuların yaranmasında iştirak edir. məsələn, Ar·6H2O.