Ditiofosfat turşusunun efirləri (ДТФ) — qeyri-üzvi birləşmədir. Belə birləşmələri almaq üçün bu turşunun Na duzundan istifadə edilir. DTF həm efirləri, həm də metal duzları sürtkü yağlarına aşqar kimi geniş tətbiq olunur.
ДТФ kristalhidrat əmələ gətirir, Na3PO2S2•17H2O etanolda həll olmur. Onun kristalları 45–460C-də əriyir. ДТФ turşusunun metal duzları, o cümlədən Zn duzu (ДФ-11) oksidləşmə, korroziya, siyrilmə və yeyilməyə qarşı yüksək keyfiyyətə malikdir. Onun mürəkkəb üzvi efirləri isə transmissiya yağlarının siyrilmə və yeyilməyə qarşı xassələrini yüksək dərəcədə yaxşılaşdırır. ДТФ turşusunun aromatik həlqəvi 1 radikallı birləşmələri isə yüksək oksidləşməyə qarşı xassəyə malikdir. Tritiofosfat turşusunun efirlərinin karbohidrogen radikallarının yeyilmə və korroziyaya qarşı xassələrinin effektliyinin təsirini öyrənmək üçün onların bəzi alkil və allil radikallı efirləri sintez edilib tədqiq edilmişdir. Bəzi tədqiqatlar göstərmişdir ki, yeyilməyə qarşı təsir xassəsi bu birləşmədə olan karbohidrogen radikallarının quruluşundan asılıdır, yəni zəncir böyüdükcə birləşmələrin effektliyi azalır, S- allil efiri daha yüksək effekt verir.
Motor yağlarının komponentlərindən biri ditiofosfat tipli aşqarlardır. Tiofosfor üzvi birləşmələri çoxfunksiyalı xassələrinə görə sürtkü yağlarına aşqar kimi istifadə olunan müxtəlif üzvi birləşmələr arasında əsas yerlərdən birini tutur. Fosfor 5-sulfidin spirtlərlə reaksiyası bir əsrdən əvvəl kəşf edilmişdir, lakin düzgün 0,0'-dialkilditiofosfor turşularının əmələgəlmə tənliyi P. S. Pişimukanın fundamental işlərinin nəticəsində müəyyən edilmişdir. O, ilk dəfə göstərmişdir ki, fosfor 5-sulfidin spirtlərlə reaksiyası aşağıdakı kimidir:
Ditiofosfor turşusunun quruluşu sonralar T. V. Mastin əməkdaşları və başqa tədqiqatçılar ilə təsdiq edilmişdir. Lakin ilk dəfə 1953-cü ildə M. İ. Kabaçnikov və T. A. Mastrükova ditiofosfor turşusunu təmiz halda ayırmışdılar. Çox saylı tədqiqatlar fosfor 5-sulfidin alifatik, aromatik spirtlərlə, aminlərlə, tiospirtlərlə və s. reaksiyalarından ditiofosfor turşularının alınma üsuluna həsr edilmişdir . Spirtlərin homoloji sırasındakı aşağı nümayəndələri daha yuxarı sırada yerləşənlərə nisbətən daha asan reaksiyaya girirlər (temperatur 50–1000C qədər). Fenol və onun homoloqları fosfor 5-sulfidlə nisbətən sərt şəraitdə (1400C qədər), xlor əvəz edilmiş fenollar isə çətin 1500C-də və daha yüksək temperaturda qarşılıqlı təsirdə olurlar, lakin burada aralıq reaksiyalar da gedir və çox halda ditiofosfor turşuları çətin ayrılır, yaxud ayrılması mümkün olmur. Havada yüksək oksidləşməyə və rütubətliyə həssas olduqlarına görə, ditiofosfor turşularının turş efirləri yağlara aşqar kimi istifadə edilə bilməz. Buna görə də, oksidləşmə, korroziya və yeyilməyə qarşı yüksək xassələrə malik metal saxlayan dialkil və diarilditiofosfatlar sürtkü yağlarına aşqar kimi geniş yayılmışdır. Ditiofosfor turşularının duzları ditiofosfor turşularının turş efirlərinin metal oksidləri və ya hidrooksidləri ilə neyrallaşmasından alınır.
Xaricdə sənayedə bir çox ditiofosfat aşqarları alınır. Bu aşqarlar Amerika firmalarının (Lubrizol)-ЛБ-1395, ЛБ-1360, ЛБ-1095 və s. (Monsanta)-Santolyub-393 və Santoluyb-493, (Amoko)- Amoko-195, Fransa firmasının (Orogil)-ОЛОА-260 və ОЛОА-267, İtaliya firmasının (Mixoil)-MX-3102, Mİ-3103, İngiltərə firmasının (Adibis)-ADX-301, ADX-308 aşqarlarıdır. Keçmiş Sovetlər Birliyində sənayedə ДФ-1, ДФ-11, ЛАНИ-317, ИХП-21, ВНИИНП-354, МНИИП-22к aşqarları alınırdı. Onlardan ən çox istifadə edilən sink ditiofosfatlarıdır. Metal saxlayan ditiofosfatlar korroziya və oksidləşməyə qarşı yüksək effektivlik göstərir. Sənayedə həmin birləşmələr müxtəlif spirtlərin fosfor 5-sulfidlə işlənməsindən alınır.
Q. Ə. Zeynalova, E. Ə. Nağıyeva və laboratoriya kollektivi tərəfindən ИХП-21 aşqarından keyfiyyətcə geri qalmayan ditiofosfat tipli az küllü ИХП-121 və ИХП-131 aşqarları sintez olunmuşdur. Bu aşqarlar oksidləşmə və korroziyaya qarşı yüksək effektivliklərinə görə motor yağlarının tərkibində istifadə etmək üçün tövsiyə edilmişdir [29, 30]. Qeyd etmək lazımdır ki, alkilfenol, formaldehid və ammonyakın kondensləşmə məhsulunun P2S5-lə tiofosforlaşmasından sonra alınan reaksiya kütləsində ümumi məhsulun 10–12%-ni təşkil edən reaksiyaya girməmiş P2S5 qalır. Reaksiya qarışığına əlavə edilmiş alifatik spirt reaksiyaya girməmiş P2S5-lə qarşılıqlı təsirdə olur və bu zaman tiofosforlaşmanın alınan son məhsulunda P2S5-in çöküntüsü olmur, həm də alınan məhsul turşuluq ədədinə, kükürd və fosforun miqdarına görə çox yaxşı göstəricilərə malik olur. Onu da qeyd etmək lazımdır ki, tiofosforlaşma mərhələsində P2S5-in miqdarının azaldılması onun reaksiyaya girməyən hissəsinə təsir etmir, əksinə tiofosforlaşma məhsulunda kükürd və fosforun miqdarının, həm də turşuluq ədədinin azalmasına səbəb olur. Butil spirtinin iştirakı ilə alkilfenolun, formaldehid və ammonyakla tiofosforlaşması zamanı kondensləşmə məhsulunun göstəriciləri aşağıdakı kimidir:
Son mərhələdə tiofosforlaşma məhsulunu maqnezium və ya sink oksidi ilə neytrallaşdıraraq maqnezium ditiofosfat (ИХП-131 aşqarı) və ya sink ditiofosfat (ИХП-121 aşqarı) duzları alınır.