Ditiokarbamin turşusunun efirləri

=Ditiokarbamin turşusunun efirləri=

Tərkibində azot və kükürd saxlayan birləşmələr sürtkü yağlarına əsasən siyrilmə, korroziya və oksidləşməyə qarşı aşqar kimi tətbiq olunur. Bu birləşmələr içərisində son illər dialkilditiokarbamin turşusunun efirləri daha geniş yayılmışdır. Sürtkü yağlarının oksidləşmə və korroziyaya qarşı xassələrinin yaxşılaşdırmaq məqsədilə alkilditiokarbamatlar təklif olunmuşdur.

Dialkiditiokarbamat turşusu (DTK) efirlərinin alınması və xassələri[redaktə | mənbəni redaktə et]

Dialkiditiokarbamin turşusu (DTK) efirləri əsasında uzun müddət ərzində aparılan məqsədyönlu tədqiqatlar yüksək yağlayıcılıq effektinə malik olan azot və kükürdlü aşqarların optimal quruluşunu müəyyən etməyə imkan vermiş və nəticədə yeyilmə və siyrilməyə qarşı kifayət qədər təsirli olan bir sıra aşqarlar qrupu – ИХП-14A, ИХП-14M, ИХП-14M-MH aşqarları yaradılmışdır. Dialkiditiokarbamin turşusu (DTK) efirləri üzvi birləşmələrin halogenli törəmələrinə DTK turşusunun qələvi metal duzları ilə təsiri nəticəsində sintez olunmuşdur. Bunlardan DTK turşusunun alkil (ИХП-14), allil (ИХП-14А) və metallil (ИХП-14M) efirlərini göstərmək olar

Bundan başqa transmissiya yağlarına siyrilmə və yeyilməyə qarşı daha yüksək effektli kükürd və azot saxlayan birləşmələrdən – DTK turşusunun alkiltiometil efiri sintez edilmişdir. Son zamanlar transmissiya yağlarına daha güclü aşqarlar kimi müxtəlif üzvi turşuların xlorefirləri ilə DTK turşusunun Na duzunun qarşılıqlı təsirindən bir sıra maddələr sintez edilmişdir ki, bunlar da öz tətbiq sahəsinə görə geniş yer tutmuşlar. Bunlardan asiloksimetil – DTK və sinnamil-DTK birləşmələrini göstərmək olar.

Dialkilditiokarbamin turşusu efirlərinin tətbiq sahələri[redaktə | mənbəni redaktə et]

Dialkilditiokarbamin turşusu efirləriləri əsasında alınan aşqarlar geniş istehsal və tətbiq sahəsinə malikdir. Belə ki, bu aşqarların ekoloji təhlükəsiz alınma texnologiyası işlənilmişdir. Bu aşqarlar əsasında müxtəlif markalı avtomobillərin transmissiyası, əksər maşın və mexanizmlərin, o cümlədən hipoid ötürücülərinin yağlanması, sənaye avadanlığının orta və ağır yüklənən dişli və yivli ötürücülərini yağlaması, kağız istehsalı maşınlarının mərkəzləşmiş yağlama sistemləri üçün, neft-mədən sənayesi mancanaqlarının reduktorlarını yağlanması üçün bir sıra yağlar seriyası yaradılmışdır. Bu aşqarlardan sitifadə etməklə “Azərneftyanacaq” Neft emalı zavodunun xarici markalı sənaye avadanlıqları üçün reduktor və hidravlik yağların, Gəmi qazturbin yağının və bir çox başqa təyinatlı transmissiya və sənaye yağlarının analoqları yaradılmış və istifadəyə verilmişdir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Пат. США 2786866 (1957) РЖХим. 2847813 (1959)
  • А.М.Кулиев. Химия и технология присадок к маслам и топливам. Ленинград «Химия». 1985. Стр. 113.
  • А.с. 525326, 04.11.74
  • Авт.с. СССР 956471. 28.06.76. Б.И. 1982, № 33.
  • А.с. 1761748A1, 09.08.90