Ditiokarbomatəvəzli tiiran və tietanlar

Ditiokarbomatəvəzli tiiran və tietanlar — bu inhibitorlar tərkibində azot, kükürd və digər elementlər saxlayan çoxlu sayda üzvi birləşmələrdir.

Ditiokarbomatəvəzli tiiran və tietanların sürtkü yağlarına aşqar kimi tədqiqi

[redaktə | mənbəni redaktə et]

Sürtkü yağlarının mühafizəedici xassəsini yaxşılaşdırmağın səmərli üsullarından biri, onlara yağlarda həll olan ditiokarbamatəvəzli (tiiran və tietanların) birləşmələri sürtü yağlarına aşqar kimi tədqiqidir. Məlum olduğu kimi təkibində azotkükürdsaxlayan bəzi üzvi birləşmələr yüksək adsorbsiya aktivliyə malik olur. Metalla təmasda ona passivləşdirici xassə verir. Ona görə də bu birləşmələr sərt istismar şəraitində intensiv sürtülmə rejimləri kimi birgə təsir şəraitində effktiv mehafizəedici xassə göstərirlər.

Ditikarbomatəvəzli tietanların və tiiranların tərkibində mühafizəedici xassələrinin tədqiqatı

[redaktə | mənbəni redaktə et]

Aparılan sistematik tədqiqatlar əsasında sintez edilmiş birləşmələrin quruluşu ilə onların yeyilmə və siyrilmə xassələri arasında bir sıra qanunauyğunluqlar aşkar edilmişdir. Ditiokarbomadəvəzli tietan və tiiranların MS-20 yağının siyrilmə və yeyilmə xassələrinə təsirinin müqayisəsi aparılmışdı. Əgər tiiran birləşmələrinə nəzər yetirsək onda görərik ki, ən yüksək siyrilmə xassələrinə (C2H5)2 fraqment daşıyan tiiranlar malik olur. Reaksiya qarışığında tietan törəməsini alınması qarşılıqlı sintez yolu ilə sübut olunmuşdur. Bu məqsədlə natrium-dietilditiokarbamatla 3-xlortietanını reaksiyası 80–900C-də 5 saat müddətində su mühitində aparılmış, nəticədə yalnız 3-tietanil-N, N-dietilditiokarbamat alınmışdır. Tərkibində tiiran və tietanil fraqmentləri olan birləşmələrin (1–4) siyrilmə xassələrin bir-biri ilə müqayisə etdikdə aydın olur ki, ən yüksək siyrilmə və yeyilmə xassəsinə malik ditiokarbomatəvəzli üçüzvlü tiiran saxlayan birləşməlidir. Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, tietan-tiiran qarışığı transmissiya yağının həm siyrilmə, həm də yeyilmə xassələrinə müsbət təsir göstrən aşqar kimi istifadə edilə bilər.

  1. Кулиув А. М. "Химия и технология присадок к маслам и топливам" — Л. Химия, 1985-с. 182
  2. Щехмер Ю. Н., Крецн С.Э., Темерина Д. Н. "Маслорастворимые поверхностно активные вещества", М,- Химия, 1978-с. 16
  3. "Топлива, смазочные материалы, технические жидкисти" Справочные издание под. Ред. В. М. Школьникова М. Химия, 1989-с. 323–325
  4. Кулиев А. М. "Химия и технология присадок к маслам и топливам" — Л. Химия, 1985-с. 102–112, 130–139
  5. Allahverdiyev M. A., Farzaliyev V. M. Akperov N. A., Babayev S. S. Thirans and tietanes as new effective grean oil additives. Азерб. Хим. Журн., 2000 № 1 с. 26–29