Divar və ya hörgü[1] təbii və ya süni tikinti materiallarının üst-üstə yığılması nəticəsində əldə edilən konstruksiyadır. Divarların hissələri hər hansısa bir bağlayıcı maddədən istifadə edilərək bir-biri ilə birləşdirildiyi kimi, hissələrin birbaşa üst-üstə yığılması yolu ilə də birləşdirilə bilər.
Təbii tikinti materialları kimi əhəngdaşı və silisium daşlarından istifadə edilir. Bunların üstü emal edilmədən (işlənmədən) kobud qalaraq və ya emal edildikdən sonra istifadə edilə bilər. Çox yüksək dayanıqlığın tələb olunmadığı hallarda, çay yataqlarından yığılmış daşlardan da istifadə oluna bilər. Daha davamlı konstruksiyaların tikintisi üçün isə daş karxanalardakı daşlardan istifadə edilir və onlar xüsusi olaraq emal edilir.
Süni divar materiallarına misal olaraq isə; adobe briketlər, kərpiclər, məsaməli beton, şüşəli qüllə, taxta, alçiban və beton panellər göstərilə bilər.
Divar tikintisində istifadə olunan materiallar regiondan regiona fərqli olduğu kimi, divarların tikilmə üsulu da bir-birlərindən fərqlidir. Divarlar hörmə, yığma, düzmə və ya yapışdırma üsullarından istifadə edilməklə tikilə bilər.