Bu məqaləni vikiləşdirmək lazımdır. |
Dividend siyasəti
Korporasiyanın, yəni səhmdar cəmiyyətlərin səhmdarlar arasında bölüşdürülən mənfəəti dividend adlanır. Dividendlər səhmdarların müəyyən səhmdar cəmiyyətə qoyduqları kapitaldan gələn yeganə gəlir bazasıdır. Bu gəlir ya pul, ya da səhm formasında ödənilə bilər. Dividendlərin ödənmə mənbəyi heç bir halda investisiya kapitalı yox, yalnız və yalnız bölüşdürülməmiş mənfəətdir.
Göstərdiyimiz kimi, müəssisə səhmdarları konkret müəssisəyə qoyduqları kapitalın gəlirini dividendlər şəklində alırlar. Səhmdar cəmiyyətlərdə dividendlər faktiki olaraq müəssisə sahiblərinin maraqlarını ifadə edən bir vasitədir. Şirkətin gəlirliliyi nə qədər yüksək və stabildirsə, dividendlər də bir o qədər müntəzəm ödənilir. Məlum olduğu kimi, şirkətin mənfəətindən ilk növbədə korporativ vergilər ödənilir, yerdə qalan hissədən şirkət istədiyi kimi istifadə edir. Səhmdarların qərarı ilə qalan hissənin bir qismini yeni investisiyaların maliyyələşdirilməsinə yönəltmək olar. Bundan sonra isə dividendlər ödənilir. Dividendlərin müəyyən edilməsi və ödənilməsi tədbirlərinin cəmi dividend siyasətini təşkil edir. Şirkətin inkişafında dividend siyasəti mühüm rol oynayır. Səhmdarlar dividendləri azaldan şirkətlərə pis baxdıqları üçün dividend siyasəti investorlarla münasibətlərə birbaşa təsir edir. Dividend siyasətini seçərkən maliyyə menecerləri, hər şeydən əvvəl, səhm sahiblərininin arzularını nəzərə almalıdırlar. Əks halda onlar öz səhmlərini satmaqla səhmlərin bazar qiymətini endirə bilərlər. Dividend siyasətinin səviyyəsi şirkətin maliyyə proqramı və kapital qoyuluşu büdcəsi ilə, eləcə də pul vəsaitinin hərəkəti və səhm kapitalının ölçüsü ilə bağlıdır.
Dividend siyasəti seçimi müəssisələrin strategiyasında da mühüm əhəmiyyət kəsb edir. Pul vəsaitinin hərəkəti və investisiya tələbatı daimi deyilsə, şirkət yüksək müntəzəm dividendlər ödəməməlidir. Bu zaman aşağı müntəzəm dividend təyin etmək daha yaxşıdır. Onlar artırılsa, həmişə bu səviyyəni saxlamaq lazım gələcək, çünki yüksək səviyyəyə vərdiş edən səhmdarlar sonralar dividendlərin həcmi azaldılanda buna etiraz edəcəklər.
Təcrübədə dividend siyasətinin müxtəlif növlərindən istifadə olunur. Ən geniş yayılmışları bunlardır:
Mənfəətdən dividendlərin ödənilməsi üçün istifadə olunması mühüm əhəmiyyət kəsb edir, bir çox səhmdar cəmiyyətlərin strategiyasının önəmli probleminə çevrilir. Çünki dividend siyasəti firmanın maliyyə durumuna önəmli təsir göstərir.