Amed İFK — Türkiyənin 2-ci divizyonunda çıxış edən futbol klubu.
Amed İK | |
---|---|
Klubun tam adı | Amed İdman Fəaliyyətlər Klubu |
Ölkə |
{{ {{{1}}} | miqyas = | alias = Türkiyə | flag alias = Flag of Turkey.svg | flag alias-imperiya = Flag of the Ottoman Empire (1844–1922).svg | variant = | altlink = }} |
Rəng(lər) | yaşıl-qırmızı-ağ |
Yaranma tarixi | 1972 |
Stadionu | Yeni Diyarbəkir Stadionu |
Tutumu | 33.000 |
Prezidenti | Səlahattin Yıldırım |
Baş məşqçisi | Bülənt Akan |
Liqa | 2-ci Liqa, Ağ qrup |
2022-2023 | 4. |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
1972-ci ildə Turan İçkilərinin sponsorluğu ilə qırmızı-ağ rənglərlə və "Məlikəhməd Turanspor" adı ilə qurulmuşdur. 1985-ci ildə sponsorun geri çəkilməsi səbəbindən adı sadəcə "Məlikəhmədspor" olmuşdur. 1990-cı ildə klub bələdiyyə tərəfindən satın alınmış, adı "Diyarbəkir Bələdiyyəspor" olmuş, rəngləri yaşıl-ağa dəyişdirilmişdir. 1993-cü ildə adı "Diyarbəkir Böyükşəhər Bələdiyyəspor" olmuşdur.[1] 1996-cı ildə Rifah partiyasının üzvü, bələdiyyə başçısı Əhməd Bilgin və klub prezidenti Fərid Çağlayan qalatasaraylı olduqlarından klubun rəngləri qırmızı-sarı olmuşdur. 1999-cu ildə Demokratik Xalq Partiyasından bələdiyyə başçısı seçilən Feridun Çelik klubunun adını DİSKİ şirkətindən gəlir almaq məqsədi ilə "DİSKİspor" etmişdir. 15 aprel 2007-ci ildə səfərdə "Aksarayspor"la bərabərə qalaraq liqanın bitməsinə 2 tur qalmış çempion kimi Türkiyə 3-cü divizyona çıxmışdır. Uzun illər "Diyarbəkirspor"dan sonra Diyarbəkirin ikinci ən güclü klubu sayılan "DİSKİspor" 2009–10 mövsümündə yenə 4-cü divizyona düşmüşdür. 2010–11 mövsümündə klubun adı yenidən "Diyarbəkir Böyükşəhər Bələdiyyəspor" olmuşdur.
2012–2013 mövsümündə 1-ci qrupu lider bitirərək 3-cü divizyona çıxmışdır. 19 may 2013-cü ildə klubun rənglərinin qırmızı-yaşıl olması qərara alınmışdır.[2]
28 oktyabr 2014-cü ildə keçirilən iclasda klubun adı kürd mənşəli söz olan "Amedspor" ("Amed" kürd dilində Diyarbəkir deməkdir)[3] ilə əvəzlənmiş, rəngləri sarı-qırmızı-yaşıl olmuşdur.[4] Klub yeni adı ilə ilk oyununa 30 oktyabrda Türkiyə Kubokunun 3-cü mərhələsi çərçivəsində "Alanyaspor" qarşısında çıxmış və 3:2 qalib gəlmişdir.[5]
Lakin 7 iyul 2015-ci ildə Türkiyə Futbol Federasiyası (TFF) bu ad dəyişikliyini qəbul etməmişdir.[6] Əvəzində, 12 avqust 2015-ci ildə TFF keçirdiyi iclasda klubun adının "Amed İFK" (türk dilində: "Amed SFK") etməsinə icazə vermişdir. Klubun və yəni loqosunun rəngləri yaşıl-qırmızı-ağ olmuşdur.[7][8]