Diyarbəkir döyüşü (1511) — Məmlüklər ilə Səfəvilər arasında Diyarbəkir bəylərbəyliyi ərazisində baş vermiş döyüş.[13]
Diyarbəkir Döyüşü | |||
---|---|---|---|
Səfəvi-Məmlük toqquşmaları | |||
Tarix | 1511 aprel | ||
Yeri | Diyarbəkir , Azərbaycan Səfəvilər Dövləti | ||
Nəticəsi | |||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
1511-ci ilin aprelində Məmlüklərlə Səfəvilər arasında sərhəd toqquşması baş vermişdi. Sədan Həbəşi kəşfiyyat məqsədli sərhədi pozub Diyarbəkir bəylərbəyi ərazisinə daxil oldu. Bu zaman çəmənlikdə ov etməklə məşğul olan Dəli Duraq ləqəbli qızılbaş sərkərdəsi Murad bəy Ustaclu bundan xəbər tutub, Sədan Həbəşinin ordusuna hücum etdi. Hələ döyüşün əvvəlində Sədan Həbəşi Murad bəy Ustaclu tərəfindən öldürüldü və döyüşün sonlarında 180 Məmlük əsgəri öldürülmüş, 20 nəfər isə əsir alınmış, qalanları isə qaçmışdır. Əsirlərin çoxu Səfəvi tərəfinə keçmişdişdi. Lakin, ölkəsinə qayıtmaq istəyən 3 həbəşli var idi. Bunlar Şah İsmayıl Xətai Həzrtələrinin əmri ilə əsirlikdən azad edildi.
Şah İsmayıl isə, dərhal Misir sultanı Qansu Qavriyə Həmzə xəlifə adında elçisini göndərdi. Döyüşdə Səfəvilərin qalib gəldiyini eşidən Qansu Qavri, dərhal elçilərini Şah İsmayıla göndərdi. Əbdi bəyin dediyinə görə, 1511-ci ilin qışında, Qansu Qavrinin elçisi Qum şəhərinə gələrək, Şah İsmayılın hüzuruna çıxmış və onu Qansu Qavri adından Xorasanın fəth edilməsi münasibətilə təbrik etmişdir.[14]