Dizə kurqanları

Dizə kurqanlarıNaxçıvan Muxtar Respublikası Şərur rayonu ərazisində yerləşən kurqanlar.

Kurqanlar Şərur rayonunun Dizə kəndi yaxınlığında, Arpaçayın sağ sahilində, dağ silsiləsinin ətəyində yerləşir. Kurqanlar hündürlüyü yer səthindən 1-1,5 m, diametri 3–5 m olan oval təpə formasındadır. Bəzi kurqanların torpaq örtüyü tamamilə aşınmışdır. Kurqanların biri elektrik dirəyi üçün çuxur qazılarkən dağıdılmış, buradan monoxrom boyalı qablar aşkar edilmişdir. Araşdırmalar zamanı kurqanların yerləşdiyi ərazidə müxtəlif dövrlərə aid abidələrin olduğu müəyyən olunmuşdur. Dizə kurqanlarını e.ə. 3-2 minilliklərə aid etmək olar.[1]

  1. Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 84-85