Dizə məhəlləsi — Naxçıvan şəhərində qədim məhəllə
"Dizə" toponimi Naxçıvan Muxtar Respublikasında geniş yayılmışdır. Muxtar respublikanın əksər rayonlarında belə yer adları var. Mütəxəssislərin fikrincə, Dizə bir neçə ailənin yığışıb,kiçik bir məhəllədə,yaxud kənddə məskunlaşması deməkdir. Dizə məhəlləsi şəhərin indiki məişət xidmət evi,elmi mərkəz,avtovağzala qədər olan ərazisini əhatə edirmiş.