Dmitri Orlov

Dmitri Alekseyeviç Orlov (belar. Дзмітрый Аляксеевіч Арлоў; 26 sentyabr 190318 iyun 1969) — sovet teatr və kino aktyoru, rejissor, teatr pedaqoqu, Belorusiya SSR-in xalq artisti (1941)[1].

Dmitri Orlov
belar. Дзмітрый Аляксеевіч Арлоў
Fayl:Dmitri Orlov.jpg
Doğum tarixi 26 sentyabr 1903(1903-09-26)
Vəfat tarixi 18 iyun 1969(1969-06-18) (66 yaşında)
Dəfn yeri
  • Şərq qəbiristanlığı[d]
Vətəndaşlığı
Fəaliyyəti aktyor, teatr rejissoru
Təhsili
  • Rusiya Teatr Sənəti Universiteti[d] (–1925)
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
Belorusiya SSR xalq artisti
IMDb ID1254073
Dmitri Orlovun Minskin Şərq qəbristanlığındakı məzarı

Dmitri Orlov 13 (26) sentyabr 1903-cü ildə anadan olmuşdur. 1925-ci ildə Dövlət Teatr Sənəti İnstitutunu bitirmişdir. 1929-ci ildə Peşəkar Birliklərinin Ümumittifaq Mərkəzi Şurasının Moskva Teatrında çalışmağa başlamışdır. 1934-cü ildən fəaliyyətini Moskva Realist Teatrında davam etdirmişdir. 1936-cı ildə Mogilyov şəhərinə köçmüş, burada Rus Dövlət Teatrının truppasına qoşulmuş, bu teatrın tamaşalarında rol almışdır. 1939-cu ildə həmin teatrın bədii rəhbəri olmuşdur.

Dmitri Orlov oynadığı rollarda qəhrəmanlarının daxili aləmlərinin dərinliklərinə qədər enməyi bacaran, öz obazlarını lirizmlə bəzəyən sənətkar idi. Onun komediya rolları incə yumoru və səmimiliyi ilə seçilirdi.[1]

1934-cü ildən rejissor kimi də fəaliyyət göstərməyə başlamışdır.

1948-ci ildən Belorusiya Bədii Teatr İnstitutunda dərs deməyə başlamış, 1952-ci ildə isə aktyor ustalığı kafedrasının müdiri olmuşdur.

Ona ən böyük uğuru Vilhelm fon Kaunits (almanların işğal etdiyi Belorusiyanın hauleyteri Vilhel Rixard Paul Kubenin proobrazı) rolu gətirmişdir. O, belarus xalqının cəlladının mənfi obrazını ustalıqla yarada bilmişdir.

  • Belorusiya SSR Xalq artisti (1941).

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Moskva Realist Teatrı

[redaktə | mənbəni redaktə et]
  • "Aristokratlar" (Nikolat Poqodin) — Kostya-kapitan[1]
  • "Cəsur əsgər Şveyk" (Yaroslav Qaşek) — Şveyk

Rus Dövlət Teatrı (Mogilyov)

[redaktə | mənbəni redaktə et]
  • "Qlebovun qalstuku" — Lobzik[1]
  • "Balzaminovun evliliyi" (Aleksandr Ostrovski) — Balzaminov
  • "Müfəttiş" (Nikolay Qoqol) — Müfəttiş
  • "Zirehli qatar 14-69" (Vsevolod İvanov) — Vaska-papiros kötüyü
  • "Dəmir necə bərkidi" (Nikolay Ostrovski) — Pavel Korçagin
  • "Narahat qocalıq" (Leonid Raxmanov) — Polejayev
  • "Anna Karenina" (Lev Tolstoy — Karenin
  • "Müdaxilə" (Slavin) — Selesten
  • "Kreml kurantları" (Nikolay Poqodin) — Vladimir İliç Lenin
  • "Çar Fyodor İoanoviç" (Aleksey Tolstoy) — çar Fyodor İoanoviç
  • "Ağlasığmaz pullar" — Telyatyev
  • "Rus məsələsi" (Konstantin Simonov) — Merfi
  • "Vanya dayı" (Anton Çexov — Voynitski

Teatr quruluşları

[redaktə | mənbəni redaktə et]
  • 1934 — "Altı istəkli" (Aleksey Arbuzov)[1]
  • 1937 — "Kəndli xanım" (A.S.Puşkin)
  • 1937 — "Daş qonaq" (A.S.Puşkin)
  • 1939 — "Samanlıqdakı it" (Lope de Veqa)
  • 1958 — Saat gecəyarısı dayandı — Vilhelm fon Kaunits (almanların işğal etdiyi Belorusiyanın hauleyteri Vilhel Rixard Paul Kubenin proobrazı)
  • 1960 — Yaz tufanları
  • 1961 — Bizim küçə (film, 1961) - rol: Kurts
  • 1963 — Diqqət! Şəhərdə sehrbaz var! — əczanəçi
  • 1966 — Gör neçə vaxtdır görüşmürük!
  • 1967 — Damlar altındakı müharibə
  1. 1 2 3 4 5 Театральная энциклопедия. Гл. ред. П. А. Марков. Т. 4 — М.: Советская энциклопедия, Нежин — Сярев, 1965, 1152 стб. с илл., 6 л. илл.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]