Dnestryanı bayrağı — Dnestryanı Respublikasının dövlət bayrağıdır. Keçmiş Moldova Sovet Sosialist Respublikası bayrağının bir versiyası olan bayraq, 2000-ci ildə dövlət rəmzləri haqqında qanunla qəbul edilib.
Dnestryanı bayrağı | |
---|---|
Təfərrüatlar | |
İstifadə edən(lər) | Dnestryanı |
İstifadəsi | Dövlət bayrağı və dəniz bayrağı, döyüş bayrağı |
Qəbul edilib | 2 sentyabr 1991 |
Proporsiya | 1:2 |
Vikianbarda əlaqəli mediafayllar |
1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Dnestryanı xalqı, yeni Moldova bayrağından istifadə etməkdən imtina edərək, Sovet İttifaqı və Moldova SSR bayrağından istifadə etməyə davam etdi. 2000-ci ildə rəsmi olaraq Dnestryanı bayrağı statusunu qazandı.
Dövlət işlərində yalnız rəsmi bayraqdan istifadə edilə bilər. Dnestryanı qanunları həmçinin şəxsi və kommersiya biznesi üçün çəkic və oraqsız sadələşdirilmiş versiyanın istifadəsinə icazə verir. Bayrağın rəsmi və ümumi nisbəti 1:2 olsa da, zaman-zaman 2:3 nisbətindən də istifadə olunur.