Doğma ocaq — Azərbaycanlı rejissor Rodion İsmailovun filmi.[1]
Doğma ocaq | |
---|---|
Ölkə | |
Çəkiliş yeri | Tovuz, Köhnəqala |
Xalqımızın qədim adət-ənənələrini özündə əks etdirən "Doğma ocaq" filmi Azərbaycan və Rusiya mədəniyyətlərinin yaxınlığını qabarıq şəkildə nümayiş etdirir. Filmin qəhrəmanı Lolitanın anası rus, atası azərbaycanlıdır. 10 yaşlı Lolita atasının valideynləri, doğmaları ilə tanış olmaq üçün ilk dəfə Azərbaycana gəlir. Burada gördükləri, doğmalarının münasibəti, adət-ənənələr, gözəl təbiət onun xatirəsində unudulmaz izlər buraxır.
Film Azərbaycanın "Sinema evi" və Rusiyanın "DS film" studiyalarının müştərək istehsalıdır. Film Azərbaycanın Mədəniyyət və Turizm və Rusiyanın Mədəniyyət nazirliklərinin maliyyə dəstəyi ilə Tovuz rayonunun Köhnəqala kəndində çəkilib.
Filmin rejissoru Rodion İsmailov, operator Mixail Qorobçuk, bəstəkar Vladimir Kuptsov, montaj edən Svetlana Lyadvina, prodüserlər Rodion İsmailov, Svetlana Dalskaya, Elçin Musaoğlu, Xaqani Həşimovdur.