Doğuş (müğənni)

Orxan Baltaçı (türk. Orhan Baltacı) ya da tanınan adı ilə Doğuş — türk pop müğənnisi.

Doğuş
Orxan Baltaçı (türk. Orhan Baltacı)
Ümumi məlumatlar
Doğum tarixi (50 yaş)
Doğum yeri Almaniya
Həyat yoldaşları Şeyma Uyğun (2006–2009)
Xoşqədəm Hidayətqızı (e. 2014)
Uşaqları Arda və Arın (d. 2016)
Partnyoru Hilal Cebeci
Musiqiçi məlumatları
Fəaliyyəti Müğənni
aktyor
Fəaliyyət illəri 1997–h.h.
Janr Pop
Səs tembri Vokal
Albom şirkətləri Ulus (1997–2005)
Promise Production (2005)
DSM (2006–h.h.)

Doğuş 30 iyun 1974-cü ildə Almaniyada anadan olub. Əslən Rizənin İkizdərəli kəndindən olan müğənni 4 yaşında ailəsi ilə birlikdə Türkiyəyə köçüb. Ailədaxili problemlər üzündən evdən qaçıb və kiçik yaşlarından küçədə yaşamağa başlayıb. Özünə "Doğuş" təxəllüsü götürüb.

Musiqiçi kimi 1997-ci ildə özünün söz və musiqilərindən ibarət olan "DOĞUŞ" albomunu buraxmaqla tanınıb. 2014-cü ildə Azərbaycanda "Səni axtarıram" adlı proqramın aparıcısı olan Xoşqədəm Hidayətqızı ilə evlənib. Hazırda 3 övladları var:1999 təvəllüdlü Zaur, 2016 təvəllüdlü Arda və Arın.