Dolbear qanunu – havanın temperaturu ilə çəyirtkələrin cırıldama sayı arasında əlaqəni göstərən qanun.[1][2] Qanunun düsturu Eymos Dolbear tərəfindən təklif olunmuş və 1897-ci ildə "Çəyirtkələr termometr kimi" adlı məqalədə nəşr olunmuşdur.[3] Dolbeardan öncə 1881-ci ildə Marqaret Bruks çəyirtkələrin cırıldaması ilə temperatur arasında əlaqəni müşahidə etmişdir, lakin onun araşdırması Dolbearə qədər diqqətə alınmamışdır.[2]
Dolbear hansı çəyirtkə növü üzərində müşahidə apardığını qeyd etməsə də, tədqiqatçıların fikrincə qarlı ağac çəyirtkəsini (Oecanthus niveus) nəzərdə tutduğunu güman etmişdir.[1][2] Lakin ilkin məqalələrdə qarlı ağac çəyirtkəsi səhvən Oecanthus niveus olaraq adlandırılmışdı, növün düzgün olan elmi adı Oecanthus fultoni şəklindədir.[4]
Bir çox düzənlik çəyirtkəsinin cırıldaması ilə temperatur arasında əlaqə çox dəqiq deyil. Onların cırıldaması yaş və cütləşmə kimi müxtəlif faktorlardan da asılıdır. Lakin Dolbearın düsturu ən dəqiq olan düstur hesab olunur.
Dolbear havanın Farenheyt şkalası üzrə temperaturu () ilə çəyirtkənin 1 dəqiqədəki cırıldamalarının sayı () arasındakı əlaqəni bu düsturla vermişdir:
Düsturun daha sadə versiyası çəyirtkənin 15 saniyədəki cırıldamalarının sayı ilə hesablanan versiyasıdır ():
Düsturun Selsi şkalasına uyğun olan () versiyası belədir:
Selsi şkalasına uyğun olan düsturun daha sadə forması isə 8 saniyədəki cırıldamaların sayı () ilə hesablanan və 5 əlavə olunan formasıdır:
Riyaziyyat kitablarında Dolbear qanunu riyazi modellərin çökməsinə nümunə kimi göstərilir, çünki çəyirtkələrin olmadığı və ya ölü olduğu hər yerdə temperatur sabit olmalıdır, çünki çəyirtkə cırıldamasının sayı sıfır olur. Düstura cəbr tətbiq etdikdə isə 1000 °C temperaturda çəyirtkənin hər dəqiqə 6970 dəfə (hər saniyə 116 dəfə) cırıldamalı olduğunu hesablamaq olar. Lakin heç bir çəyirtkə bu cür temperaturda yaşaya bilməz.
"Böyük partlayış nəzəriyyəsi" serialınının 3-cü mövsümünün 2-ci seriyasında qanuna istinadlar edilmişdir (lakin serialın personajı Şeldon Eymos Dolbearə Emil Dolbear olaraq xitab edir və düsturun nəşr olunma ilini 1890-ci il göstərir). "QI" serialının iki seriyasında da Dolbear qanununun adı çəkilir.