Dollar dəyərinin ortalaması - qiymətli kağızların dövrü olaraq müəyyən olunmuş dollar dəyəri ilə alınması sistemi. Bu sistem çərçivəsində investorlar alış zamanı səhmlərin sayını deyil, daha çox dollar dəyərini nəzərə alırlar. Hər bir investor eyni miqdarda dollara malik olduğu təqdirdə, qiymət aşağı olduqda ödənişlər vasitəsilə daha çox səhm alınır, qiymət qalxdıqda isə əksinə, daha az səhm alınır. Beləliklə də, investorlar əlverişli və əlverişsiz vaxtlardan asılı olmayaraq, dövrü alışları davam etdirdikdə və səhmlərin satıldığı qiymət onların orta dəyərindən yüksək olduqda qiymətlərdə müşahidə olunan müvəqqəti enişlər investorlar üçün faydalı olacaqdır. Dollar dəyərinin ortalanması mənfəəti təmin etmir və enişli bazarlarda itkilərdən müdafiə etmir. Dollar dəyərinin ortalanması qiymətli kağızların qiymətində müşahidə edilən təlatümlərdən asılı olmayaraq, onlar üzrə davamlı investisiya qoyuluşlarını təmin etdiyi üçün investorlar qiymətlərin aşağı düşdüyü vaxtda alışları davam etdirmək üçün maliyyə potensialını nəzərdən keçirməli olurlar.[1]