Dominion Günü

Dominion Günü bəzi Commonwealth üzvü ölkələrində milli bayram olaraq qeyd olunan günlərə verilən addır. Bu günlər dominionluq qazanıldığı və ya qismən müstəqillik qazanıldığı günlərdən ibarətdir.

Kanadada 1 iyul 1982-ci ilə qədər Dominion Günü olaraq qəbul edilmişdi. Bunun səbəbi, 1 iyul 1867-ci ildə Britaniya İmperiyası İngilis Şimali Amerika Qanununa əsasən bugünkü Kanadanın mənşəyi olan dörd əyalətdən ibarət federasiyaya yerli özünüidarəetmə hüququnu verməsidir. 27 oktyabr 1982-ci ildə qəbul edilmiş qərarla bu tətbiqə son verildi və 1 iyul Kanada Günü olaraq dəyişdirildi.

Yeni Zelandiyada 26 sentyabr Dominion Günü hesab olunur. Buna səbəb Dominion statusunun 1907-ci ildə Yeni Zelandiyaya həmin gün verilməsi idi.