Domisilləşmə

Domisilləşmə (Domiciliation) Bank hesabına malik olan şəxsin banka onun vekselləri üzrə tədiyyəni tənzimləmək hüququ verməsi əməliyyatı. Kommersiya vekseli üzrə tədiyyənin həyata keçirildiyi yer – tədiyyənin domisilidir (yaşayış yeridir). Domisilləşmə təcrübəsi:

  • uçot əməliyyatlarının həyata keçirilməsi zamanı daha əlverişli vergiqoyma və ən yaxşı şərtləri alaraq bankla işə üstünlük verən vekseli təqdim edən üçün;
  • öz vəsaitlərini banka qoyan və tədiyyənin həyata keçirilməsi üçün onların tutulmasına ehtiyacı olmayan köçürmə vekseli üzrə tədiyyəçi üçün;
  • bankir üçün (belə ki, o, tədiyyə qaydalarının sadələşdirilməsinə nail olur və öz müştərilərinin işləri haqqında ən yaxşı təsəvvürə malik olur);
  • bütövlükdə iqtisadiyyat üçün (belə ki, tədavül xərcləri azalır – az nağd pul tələb olunur) fayda təmin edir.[1]

Mənbə:[redaktə | mənbəni redaktə et]

  1. MALİYYƏ BAZARLARI TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010,s.71-72