Don rabitəçilərinin abidəsi (Rostov-na-Donu)

Don rabitəçilərinin abidəsi — bürüncdən ibarət olan abidə Rostov-na-Donu şəhərində Nikolay Ostrovski adına parkda yerləşən manumental abidə. Abidənin təntənəli açılış mərasimi, 9 sentyabr 2016-cı ildə gercəkləşmişdir. Abidənin heykəltaraşı Valentin Kostev olmuşdur. Abidənin açılış mərasimi şəhər günü ilə eyni zamanda gercəkləşdirilmişdir[1]. Üstəlik həmin gün mülki rabitəçilərin 115 illik yubileyi idi[2].

Don rabitəçilərinin abidəsi
Xəritə
Ölkə Rusiya
Yerləşir Rostov-na-Donu
Memarlıq üslubu monumental heykəltaraşlıq
Heykəltaraş Valentin Kostaev
Hündürlüyü 6 m
Material bürünc

2016-cı ilin aprelində Rostov-na-Donu şəhərində xalq səsverməsi keçirilir. Burada maketlər arasında Don rabitəçiləri abidəsinin ən yaxşı variantını seçmək lazım gəlirdi. Belə ki, bu seçilmiş variant əsasında Don rabitəçiləri abidəsi hazırlanmalı idi. Səsvermədə seçicilərin 40 % Cənub Federal Dairəsinin Radiostansiya mərkəzi işçilərinin hazırladığı maket qəbul edilir. Heykəltəraş olaraq Valentin Kostaev seçilir. Abidənin hazırlanmasına xərclənən pullar şəhər sakinləri, xeyriyyə təşkilatları və mesenatların tərəfindən verilmişdir. Abidənin qoyulma ərazisi olaraq Nikolay Ostrovski parkının girişi müəyyən edilir. Burada 14-cü xətt küçəsi ilə Şoloxov küçəsi birləşir.

Abidə kolpleksinin açılış mərasiminə tanınmış şəxslər toplanmışdır. Burada Rostov vilayətinin nümayəndəsi Vasili Rudoy, Rostov-na-Donu şəhər administrasiyasının rəhbəri Sergey Qorban, bu adidənin açılışına öz töhfəsini vermiş şəhər sakinləri iştirsk etmişdir.[3].

Abidənin mərkəzində yer kürrəsi təsvir edilmişdir. Abidədə müxtəlif elementlər düşünülmüşdür. Belə ki, burada poçt və sputnik əlaqəsi birlikdə düşünülür. Burada olan oxlar elektrorabitəni, ağzında məktub olan göyərçin poçtu, orbit isə sputnik əlaqəsini tərənnüm edir. Abidənin hündürlüyü 6 mütr təşkil edir. Burda bir lövhə belə vardır ki, bu lövhədə abidənin ucaldılmasında əməyi olan şəxslərin adları yazılmışdır. Abidənin ətrafında Wi-Fi quraşdırılmışdır. Üstəlik təhlükəsizlik kamerası belə quraşdırılmışdır ki, oda «Təhlükəsiz şəhər» sisteminə qoşulmuşdur.

  1. "В Ростове-на-Дону открыт памятник связистам". 2017-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-23.
  2. "В Ростове торжественно открыли памятник донским связистам". 2017-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-23.
  3. "В Ростове открыт памятник «Связистам Дона»". 2017-06-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-23.