Donqkxoy hərəkatı

Donqkxoy Muzeyi. Bençe, Vyetnam.

Donqkxoy (vyet. Đồng Khởi, Birgə qiyam)Cənubi Vyetnamdan çıxmamış Vyetmin qalıqlarının başçılıq etdiyi hərəkat. Bu hərəkat Vyetnamın cənubunda yerləşən böyük kənd yerlərində və yüksək dağlıq ərazilərdə xalqı ABŞ və Vyetnam Respublikasına qarşı üsyana çağırırdı. Donqkxoy 1959-cu ilin sonundan başlamış və 1960-cı ildə pik nöqtəsinə çatmış, Cənubi Vyetnamda sürətli şəkildə yayılmışdır. Hərəkat nəticəsində Vyetnam Respublikasının kənd hökumət strukturu Prezident Nqo Din Zyem hakimiyyəti tərəfindən ləğv edilmiş və nəticədə Cənubi Vyetnam kəndlərinin əhəmiyyətli bir hissəsi kommunistlər tərəfindən idarə olunmağa başlanmışdır. Bu, Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsinin yaradılmasına gətirib çıxarmışdı.[1]

  1. "Cổng Thông tin Điện tử Chính phủ nước Cộng hòa Xã hội chủ nghĩa Việt Nam". 2010-08-19. 19 August 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-02-19.