Donskoy Çulek[2], yuxarı və orta axarlarda Donskoy Çulek axarı — Rusiyanın Rostov vilayəti ərazisindən axan çay. Myortvı Dones çayının sağ qolunu təşkil edir. Don deltasından axan əsas qollardan biridir. Uzunluğu 26 km, hövzəsinin sahəsi isə 186 km² təşkil edir. Mənbəyinin hündürlüyü 100,4 metr. Mənsəni isə 0,4 metr təşkil edir. Düşmə meyli 3,9 m/km təşkil edir.
Donskoy Çulek | |
---|---|
rus. Донской Чулек | |
Ölkə | Rusiya |
Mənbəyi | |
• Yüksəkliyi | 100 m |
Mənsəbi | Myortvı Dones |
• Yüksəkliyi | 0,4[1] |
Uzunluğu | 26 km |
Hövzəsinin sahəsi | 186 km² |
DSR[ru] | 05010500912107000000085 |
Vikianbarda əlaqəli mediafayllar |
Çay öz başlanğıcını Tuzlov çayı ilə su ayrıcı yolunu oynayan ərazidən götürür. İnzibati cəhətdən Rostov vilayətinin Myaskinovski rayonu Karpo-Nikolaevka kəndi ərazisindən başlayır. Karpo-Nikolaevka kəndinin cənubundan, Krasnı Krım yolundan başlayır. İlk əvvəl qərb-cənub-qərb istiqamətində axır. Şerdoq xutoru ərazisində Çaltır — İkinci Aleksandrovka yolunu kəsir. Buradan cənub-qərbə doğru axır. Aşağı axarları boyunca Rostov-na-Donu - Taqanroq dəmir yolu keçir. Myortvı Dones çayının mənsəbinə 3,5 km qalmış sağ hissədən ona tökülür.
Çayın adı Peterburq Elmlər Akademiyasının üzvü İoqann Anton Qildenştedtin gündəliyində rast gəlinir. O, 1773-1774-ci illərdə bölgədə olmuşdur.
Çay öz növbəsində bir axardır. Bu axarda daima su axını müşahidə edilir. Əsasən yeraltı sularla qidalanır.
Çayın axarı boyunca yalnız bir yaşayış məntəqəsi vardır — Sinyavskaya kəndi. Çayın hövzəsində isə Şedrı xutoru yerləşir.