Donuzütən (bulaq) – Azərbaycan Respublikasının Masallı rayonunun ərazisində mineral bulaq.
Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində yerləşən bu mineral bulaq Viləş çayının sağ sahilində 22 kükürdlü bulaqdan ibarətdir. Tədqiqatçıların ehtimalına ğörə hidronim keçmişdə isti bulaqlardan birinə çöl donuzunun (qabanın) düşüb ütülməsi səbəb olmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası ərazisində donuz komponentli oronimlərin sayı 300-dən çoxdur.