"Dostluq" və ya sovet dövründəki adı ilə "Drujba" kinoteatrı[1] – Bakının Nəsimi rayonunda yerləşən fəaliyyətsiz kinoteatr binası.
Dostluq | |
---|---|
| |
Ümumi məlumatlar | |
Status | Müvəqqəti bağlıdır |
Növü | kinoteatr |
Ünvan | Azadlıq prospekti 76, Nəsimi rayonu |
Ölkə | |
Şəhər | Bakı |
Koordinatlar | 40°23′26″ şm. e. 49°50′33″ ş. u. |
Tamamlanıb | 1952 |
Dizayn və konstruksiya | |
Memar | Məmməd Əliyev |
Vikianbarda əlaqəli mediafayllar |
Kinoteatr binası 1952-ci ildə memar Məmməd Əliyevin layihəsi əsasında tikilmişdir.[2] 2010-cu illərə qədər kinoteatrda kino nümayişinə davam edilmişdir.[3] 2017-ci ildə tikili özəlləşdirilmişdir. Kinoteatr özəlləşdirilənədək Mədəniyyət və Turizm Nazirliyinin balansında olmuşdur.[2]
2021 və 2024-cü illərdə kinoteatrın sökülməsi və yerində çoxmərtəbəli binanın tikiləcəyi barədə şayiələr yayılsa da, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi belə bir planın olmadığını, sadəcə təmir işlərinin aparıldığını açıqlamışdır.[2]
Kinoteatr stalinist memarlıq üslubundadır.[1] Baxımsız qaldığı üçün dam və fasad örtüyündə dağıntılar var, qəzalı vəziyyətdədir.[2]