Dou-Cons Sənaye indeksi

ABŞ-nin Dou-Cons (Dow Jones) indeksi dünyada ən qədim və ən məşhur birja indeksidir. 1884-cü ildə Çarlz Dou Amerika Fond bazarının vəziyyətini müəyyənləşdirmək üçün bu indeksi təklif edib. Həmin illərdə fond bazarı çoxsaylı spekulyasiyalar üzündən son dərəcə etibarsız idi. Dou 11 səhmin orta günlük bağlanış qiymətlərini hesablamaqla Fond Birjasının ümumi vəziyyətini müəyyənləşdirir. Bu şirkətlərdən 9-u dəmiryolu, 2-si isə sənaye şirkətləri idi.

1896-cı ildə indeks ictimaiyyətə açıqlanır və o vaxtdan da “Dou-Cons” adıyla birja ticarətinin ayrılmaz hissəsinə çevrilir.

Müsair Dou-Cons indeksi 65 şirkətin səhmlərini əhatə edir. Bu şirkətlərin siyahısı onların bazarda tutduqları mövqedən asılı olaraq, dəyişə bilər. Onlar Nyu-York Fond Birjasındakı səhmlərin ümumi dəyərinin 20 faizini əhatə edirlər. İndeksin özü də hazırda bir neçə alt indeksə bölünür. 

Dou-Cons indeksinin hesablanma metodu indiyə qədər demək olar ki, ciddi dəyişikliyə uğramayıb. Lakin onun tərkibinə daxil olan aksiyalar dəfələrlə dəyişiblər. Həmin şirkətlərdən yalnız “General Electric” öz dayanıqlığı ilə öyünə bilər, qalanları isə gah indeksin əhatə dairəsinə düşüb, gah da çıxıblar. Uzun müddət yeni şirkətlərin səhmləri Dow Jones-a daxil edilmirdi. Lakin bu baş verəndən sonra, indikatorun dəqiqliyi bir qədər də artdı və o, fond bazarındakı real qüvvələr nisbətini daha yaxşı göstərməyə başladı.[1]

ABŞ səhm bazarlarının ən qədim barometrlərdən biridir. Dou-Cons Sənaye İndeksi və ya Dou Cons həm dünyanın ən böyük fond birjalarında səhm qiymətləri üçün bençmark olduğuna görə və həm də ABŞ iqtisadiyyatının dünyadakı əhəmiyyətinə görə bütün dünyada investorlar tərəfindən izlənilir. İndeks özünə yalnız Nyu-York Fond Birjasına daxil olan 30 ən böyük ABŞ səhmini daxil edir. Bu indeks iştirakçı səhmlərin

qiymətlərinin sadə ədədi ortası kimi hesablanır. Üzv şirkətlərin bazar kapitallaşmasında heç bir çəkisi yoxdur, belə ki, ən böyük və ən kiçik iştirakçının qiymətində baş verən eyni faiz dəyişikliyi indeksdə eyni effektə malik olur.[2]

Dou-Cons Sənaye Ortası(The Dow Jones Industrial Average)

[redaktə | mənbəni redaktə et]
Dou-Cons Sənaye Ortası

Dou-Consun sənaye şirkətlərini əhatə edən indeksidir. O, 30 ən böyük sənaye şirkətinin səhmlərini ehtiva edir. Düzdür, ora daxil olan şirkətlərin bəziləri heç də sənaye şirkətləri deyillər, amma buna baxmayaraq, indeksin tarixi adı saxlanılır. 

Həmin şirkətlərin hamısı beynəlxalq miqyaslı olduğundan və müxtəlif ölkələrin ərazisində fəaliyyət göstərdiklərindən, DJIA indeksi məhz Amerika iqtisadiyyatında nəyin baş verdiyini tutaq ki, “S&P-500” indeksi kimi dəqiq göstərə bilmir. Bəzən hətta iş o yerə çatır ki, DJIA və S&P-500 indekslərinin müxtəlif istiqamətlərə hərəkət etmələri müşahidə olunur. Bu durum investorları çaşdıra bilər. Buna baxmayaraq, minlərlə investisiya fondu öz investisiya portfellərini formalaşdırarkən DJİA indeksini mütləq nəzərə alırlar. Bu indeks ora daxil olan şirkətlərin səhmlərinin qiymətlərinin cəminin müəyyən əmsala bölünməsi yolu ilə hesablanır. 

Dou-Cons Nəqletmə Ortası

Dou-Cons Nəqletmə Ortası(The Dow Jones Transportation Average)

[redaktə | mənbəni redaktə et]

Dou-Consun nəqliyyat indeksidir. Bu indeks 20 böyük nəqliyyat şirkətinin səhmlərinin ümumi vəziyyətini göstərir. Onların siyahısına əsasən dəniz daşınmaları, dəmir yolları və aviasiya şirkətləri daxildir. 

Dou-Cons Faydalılıq Ortası(The Dow Jones Utility Average)

[redaktə | mənbəni redaktə et]

Dou-Consun kommunal indeksidir. Bu indeks qazelektrik təchizatı ilə məşğul olan 15 şirkətin səhmlərinin hərəkətindən xəbər verir. Onların sırasına “American Electric Power”, “Duke Energy Corp.”, “Edison International” və digərləri daxildir.

Dou-Cons Faydalılıq Ortası

Dou-Cons Mürəkkəb Ortası(Dow Jones Composite Average)

[redaktə | mənbəni redaktə et]

Dou-Consun məcmu indeksi daha informativ sayılır. Bu, əvvəlki indeksləri nəzərə almadan hesablanır və Amerikada təsərrüfatın ümumi vəziyyətini, ölkənin işgüzar dairələrinin siyasi və iqtisadi hadisələrə yanaşmasını əks etdirir. 

Dou Cons indeksi hər gün "Dow Jones & Company" tərəfindən hesablanır və dərc olunur. Səhmlərin orta indeksindən başqa, "Dow Jones & Company" 20 obliqasiyanın orta indeksini də hesablayır. 

Dou Cons indeksinin digərlərindən (S&P 500, NYSE Index , AMEX Index, NASDAQ Index) əsas üstünlüyü zamanın sınağından çıxması, aktuallığını və özünə olan təlabatı qoruyub saxlamasıdır. Səhmləri bu indeksin hesablanmasına daxil olan şirkətlər güvənli və sabit hesab olunurlar. Fəqət Amerika iqtisadiyyatının inkişaf etməsi və genişlənməsi fonunda Dou-Cons indeksi bazardakı real vəziyyəti əvvəlki dəqiqliklə əks etdirə bilmir. Amerikada on minlərlə səhmdar cəmiyyəti var və onların yalnız 30 ən böyüyünün vəziyyəti ümumi reallığı dəqiq etdirə bilməz. Buna baxmayaraq, Dou-Cons indeksi əsl klassikadır. Klassika isə, bildiyimiz kimi, həmişə aktual olur.[3]

  1. "Arxivlənmiş surət". 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-02.
  2. MALİYYƏ BAZARLARI TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010,s.72
  3. "Arxivlənmiş surət". 2006-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-02.