Dovşanquyruğu gəvən

Dovşanquyruğu gəvən (lat. Astragalus lagopoides) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.

Dovşanquyruğu gəvən
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Kiçik Qafqaz, Şimali və Qərbi Monqolustan, Kiçik Asiya, Türkiyə və Şimali İranda yayılmışdır. Buna bəzən "sarı akasiya" da deyilir. Gürcüstanda rast gəlinir.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 30 sm-ə çatan kol və ya yarımkoldur. Qısa, hamar gövdəli, budaqları tikanlı, boz qabıqla örtülmüşdür. Yarpaqları cütlələkvari olub, 4-8 cüt yarpaqcıqlardan ibarətdir. Yarpaqcıqlar 10-35 mm uzunluqda, 5-13 mm enində, uzunsov-ellipsvari və ya tərs-yumurtavari, üstdən açıq yaşıldır. Yarpaqaltlıqları şişkin və ucu bizvari, odunlaşmışdır. Çiçəkləri sıx çiçək salxımında, 3-8 sm uzunluqda, çılpaq zoğların ucunda yerləşir. Çiçək oxu 19-21 sm uzunluqda olub, möhkəm, ağ, keçə tüklüdür. Kasacığı 13-17 mm, boruvari, sadə, ağ tükcüklüdür; dişcikləri 7-9 mm-dir. Yumurtalığı çılpaq və ya tüklüdür. Tacı ağ rəngli, diametri 2,8-4,5 sm, erkəkciyi 2-5 ədəddir. Paxlası xətvari-silindrik olmaqla, 3,5-6,5 sm uzunluqda, 3–5 mm enindədir. Toxumları yumurtavari, yastıdır. Aprel-iyun aylarında çiçəkləyir, meyvələri avqustda yetişir.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Dağlarda, dağ otlaqlarında, dəniz səviyyəsindən 1200–2500 m hündürlükdə yayılmışdır.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Naxçıvan dağlarının orta və yuxarı qurşaqlarında, quru, daşlı yamaclarda bitir. Tez böyüyən, quraqlığa davamlı, işıqsevən bitkidir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Yarpaqlarından göy rəng alınır, tərkibində 285-400 mq C vitamini, 18%-ə qədər şəkər vardır. Yaşıllaşdırmada istifadə edilməsi məqsədyönlüdür.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]