Draqoslavın binası (Taqanroq)

Draqoslavın binasıRostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Taqanroq şəhəri İtalyanski xiyabanı ev 11 ünvanında yerləşir. İki mərtəbədən ibarət olan bina XIX əsrin ikinci yarısında inşa edilmişdir.

Draqoslavın binası
rus. Дом Драгослава
47°12′45″ şm. e. 38°55′53″ ş. u.
Ölkə  Rusiya
Şəhər Taqanroq

Tarixi[redaktə | mənbəni redaktə et]

Taqanroq şəhəri İtalyanski xiyabanı, ev 11 ünvanında yerləşən bina XIX əsrin ikinci yarısında inşa edilmişdir. Bu bina bir mərtəbəki idi. Üstəlik fasadı qırmızı kərpiçlə bəzədilmişdir. Fasadında beş pəncərə vardı. Binanın sahibləri haqqında məlumat ancaq XIX əsrin sonlarından XX əsrin əvvəllərinə aiddir. 1880-ci illərdə binabın sahibi quberniya katibi Pavel Nikolayeviç Draqoslav olmuşdur. O, depaldo binasında yerləşən inperatorluğa aid müəssisədə mühasibatçı kimi işləyirdi. Onun oğlu Nikolayevski kilsəsində Raisa Vladimirovna Yeqorova ilə evlənmişdir.

Sonradan bina kirayəkeşlərə verilmişdir. 1898-ci ildə binada rostovlu fotoqraf A. Boryaskinin kontoru yerləşirdi. Elə həmin ildəcə burada diş həkimi Yuliya Mixaylovna Milaya işləmişdir. 1914-cü ildə burada N. N. Pimonova məxsus vəkil kontoru olmuşdur. 1918-ci ildə burada şəhər dumasının və sosial-demokratlar partiyasının üzvü Mixail Davidovoç Zeysman yaşamışdır.

Binanın son sahibi İsaak Bera Moznaim olmuşdur. Sovey hakimiyyəti illərində bina milliləşdirilmişdir. Hazırda binada özəl klinika yerləşir.

Təsviri[redaktə | mənbəni redaktə et]

İki mərtəbədən ibarət olan bina İtalyanski xiyabanı, ev 11 ünvanında yerləşir. Binanın iki fasadı attik elementlərlə işlənmışdir. Mərtəbələr arasında karnizlər yerləşir. Bu karniz mərtəbələr arası ilə düz xətt boyu uzanır. Bina pəncərələrinin kənarları müxtəlif dekor elementləri ilə işlənmişdir. Binanın əsas girişi onun sağında yerləşir[1].

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Волошин В. Вдоль и поперёк Итальянского. — Таганрог: ИП Кравцов В.А., 2012. ISBN 978-5-904585-27-3.
  • Гаврюшкин О. П. По старой Греческой... (Хроника обывательской жизни). — Таганрог: Лукоморье, 2003. — 514 с. — ISBN 5-901565-15-0.
  • Давидич Т. Ф. Стиль как язык архитектуры. — Харьков: Изд-во Гуманитарный центр, 2010. — 336 с. — ISBN 978-966-8324-70-3.
  • Собрание фасадов Его Императорского Величества, высочайше апробированных для частных строений в городах Российской империи. Ч. 1-4. СПб., 1809–1812.

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Глазычев В. Л. Архитектура. Энциклопедия. — М.: Дизайн. Информация. Картография; Астрель; АСТ, 2002. — 672 с. — ISBN 5-17-005418-1.