Drevitsk binası

Drevitsk binasıRostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən qədim bina. Drevitsk binası Taqanroq şəhəri Frunze küçəsi, ev 23 ünvanında yerləşir. Bina 1840-cı ildə inşa edilmişdir.

Drevitsk binası
rus. Дом Древицкого
Xəritə
47°12′42″ şm. e. 38°55′53″ ş. u.HGYO
Ölkə  Rusiya
Tikilmə tarixi 1840
Memarlıq quruluşu Neoklassizm

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

İki mərtəbəli villa neoklassizm stilində inşa edilmişdir[1]. Fasadda hər iki mərtəbədə altı pəncərə vardır. Mərtəbələr arasında və pəncərələrin altında baraleyflər vardır. Onlar əsasən şir başlarıdır. Tavanı lepka elementləri ilə işlənmişdir.

Bina 1840-cı ildə[2] inşa edilmişdir. Sahibləri: 1873 — Kollec registratoru F. Serebyakov, 1880 — kollec assesoru Yskovenko, 1890 — türk taciri N. Samaroğlu, 1898 — N. K. Mumulov (Binada tütün fabriki açmışdır), 1906–1912 — Rusoua paraxod cəmiyyətinin Taqnroq filialının rəhnəri İvan Yakovleviç Drevitsk. 1912–1925-ci illər ərzində bina Drevitskinin vərəsələrinə mənsub olmuşdur. 1925-ci ildə bina milliləşdirilmişdir. Burada yaşayış mənzilləri təşkil edilmişdir. 1980-ci illərdə binaya lazımı nəzarətin edilməməsi səbəbindən qəzalı vəziytə düşür. 1991-ci ildə bina Taqanroq balıqçılıq zavoduna verilir. Yerli əhali binanın qalıqlarını "qraf xarabalığı"[3] adlandırırdı. 2002-ci ilin martında "Ekspert-Yuq" şirkəti binanın fasadını saxlamaqla yeni binanın inşasına başlamağı qərara alır.

Drevitsk binası 2002-ci ildə tamamən dağıdılır.

Drevitsk binasının yerində 2005–2007-ci illər ərzində "Vesta-D" şirkəti tərəfindən dörd mərtəbəli bina inşa edilmişdir[4]. Tikintinin aparılması qanunsuz elan edildikdən sonra bu işdə əli olan məxslərin cərimələnməsi haqqında qərar qəbul edilmişdir.

  1. Киричек М. С. Древицкого дом // Таганрог. Энциклопедия. — Таганрог: Антон, 2008. — С. 329. — ISBN 978-5-88040-064-5.
  2. Энциклопедия Таганрога. — Ростов-на-Дону: Ростиздат, 2003. — С. 509. — ISBN 5-7509-0662-0.
  3. Парпалия Г. На "графских развалинах" // Таганрогская правда. — 2002. — 22 марта.
  4. Собств. инф. Самовольная реконструкция объектов культурного наследия наказуема! Arxivləşdirilib 2014-03-30 at the Wayback Machine // www.prokuror-rostov.ru. — 2007. — 23 ноября.