Dreyk tənliyi

Dreyk tənliyiqalaktikada bizimlə əlaqəyə girmək ehtimalı olan sivilizasiyaların sayını hesablamağa imkan verən riyazi formul.

Formul aşağıdakı kimidir:

burada,

  • — əlaqəyə girməyə hazır olan sivilizasiyaların sayı;
  • — il ərzində bizim qalaktikada yaranan ulduzların sayı;
  • — planetləri olan ulduzların xüsusi çəkisi;
  • — sivilizasiyanın yaranması üçün müvafiq şəraitə malik olan planetlərin və peyklərin sayı;
  • — müvafiq şəraitə malik olan planetdə həyatın yaranması ehtimalı;
  • — həyat olan planetdə şüurlu varlıqların yaranma ehtimalı;
  • — əlaqəyə hazır olan və əlaqəyə girmək istəyən şüurlu sakinlərə malik planetlərlə, şüurlu sakinləri olan planetlərin sayına nisbəti;
  • — bu sivilizasiyaların ömür müddəti.

Formul Kaliforniyanın Santa-Kruz Universitetinin astronomiya və astrofizika professoru Frenk Donald Dreyk tərəfindən 1960-cı ildə təklif olunmuşdur. Onun 1961-ci ildə ehtimal olunan rəqəmlər əsasında apardığı hesablama aşağıdakı kimi olmuşdur.

  • R = 10/il (ildə 10 ulduz yaranır)
  • fp = 0.5 (ulduzların yarısının planetləri var)
  • ne = 2 (sitemdə orta hesabla 2 planet həyat üçün yararlıdır)
  • fl = 1 (əgər həyatın yaranma ehtimalı varsa, o mütləq yaranır)
  • fi = 0.01 (həyatın şüurlu formayadək inkişaf etməsi ehtimalı – 1 %)
  • fc = 0.01 (sivilizasiyaların 1 %-i əlaqə yaratmaq imkanına malik olacaq və əlaqə qurmaq istəyəcək)
  • L = 10 000 il (texniki cəhətdən inkişaf etmiş sivilizasiya 10000 il mövcud olur)

Bu təxmini hesablamaya əsasən N = 10 × 0,5 × 2 × 1 × 0,01 × 0,01 × 10000 = 10.

Tənlikdəki göstəricilərdən yalnız astronomiyanın indiki inkişaf səviyyəsində müəyyən qədər dəqiq müəyyənləşdirilə bilər. Digər göstəricilərin müəyyənləşdirilməsi mümkün olmadığından Dreyk tənliyi kəskin tənqidlərlə qarşılaşmışdır.