Drezden bombalanması — Almaniyanın Drezden şəhərinin Amerika Hərbi Hava Qüvvələri və Kral Hərbi Hava Qüvvələri tərəfindən 1945-ci il 13 və 15 fevral arasında bombalanmasıdır. İkinci Dünya Müharibəsinin ən mübahisəli hadisələrindən biri hesab olunur.
Drezden bombardmanı | |
---|---|
Tarix | 15 fevral 1945 |
Başlama tarixi | 13 fevral 1945 |
Bitmə tarixi | 15 fevral 1945 |
Yeri | |
Qurbanlar | |
Ölənlərin sayı | |
Zədəlilər | |
Vikianbarda əlaqəli mediafayllar |
II. Dünya müharibəsinin sonuna yaxınlaşarkən. Müttəfiq Qüvvələr Komandanlığı, SSRİ qoşunlarının şərqdən irəliləməsini asanlaşdırmaq üçün Almaniyanın stratejik və logistika bölgələrini bombalamaq və Alman qüvvələrinə daha bir problem yaratmaq istədi. Bunu həyata keçirmək üçün hədəflər seçildi. Hədəflər Berlində və ətrafdakı hərbi sursat fabriklərindən başqa, strateji əhəmiyyətli olmayan tarixi Drezden şəhərini də əhatə edirdi.
Fevralın 13-də başlayan hücum fevralın 15-dək davam etdi. Hücum başa çatanda Drezden tamamilə məhv edilməmişdi. Ancaq Müttəfiqlərin istifadə etdiyi bomba arasında bir fosfor bombası da var idi. Buna görə də, Drezden şəhəri bombalanma başa çatdıqdan sonraki günlərlə yandırıldı və məhv edildi. 28.410 binanın 24 866-sı dağıdıldı. Bundan əlavə, insan itkisi ən aşağı qiymətləndirmələr üzrə 35.000, yüksək qiymətləndirmələrdə isə 135.000-i keçib. Drezden, tarix komissiyasının arxivlərdə, qəbiristanlıqlarda və rəsmi sənədlərdə 5 il ərzində apardığı araşdırmaların hesabatını 2010-cu ilin martında yayımladı. Komissiyanın hesabatına görə, ölənlərin sayının 25 mindən çox olduğu açıqlandı.