Drezden müqaviləsi

Drezden müqaviləsi — Polşa kralı və Saksoniya kurfyursti II Avqustla Danimarka-Norveç kralı IV Frederik arasında gənc İsveç kralı XII Karla qarşı barışıq müqaviləsi. Müqavilə 14 sentyabr 1699-cu idə Drezdendə imzalanmış və Şimal müharibəsinə hazırlıq məqsədi daşımışdır.

Drezden müqaviləsi
İmzalanma tarixi 14 sentyabr 1699
İmzalanma yeri

Müqavilənin əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

25 avqust 1699-cu ildə Danimarka kralı V Kristianın ölümündən taxta IV Frederik adı ilə onun böyük oğlu gəldikdən sonra sonuncu öz nümayəndəsi qraf Kristian fon Reventlovu gizli missiya ilə Drezdenə göndərmişdir. Kristian fon Reventlov kralın adından II Avqustla İsveç əleyhinə gizli ittifaq müqaviləsi imzalanmasına nail olmuşdur. Gənc qraf bu missiyanı elə məharətlə yerinə yetirmişdir ki, Polşa kral sarayında olan İsveç diplomatı Vellinq heç nədən şübhələnməmişdir.[1]. elə həmin ilin noyabrında bu ittifaqa II Aqqustla Preobrajenskidə müqavilə imzalayan Rusiya hökmdarı I Pyotr da qoşulmuşdur. Maraqlıdır ki, II Avqust bu ittifaq müqaviləsini IV Frederiklə və I Pyotrla Polşa kralı kimi deyil, Saksoniya kurfyursti kimi imzalamışdır.

Nəticədə Şimal müharibəsinin başlanmasına təkan verən üç tərəfli Şimal ittifaqı yaradılmışdır.

Drezden müqaviləsi bir ildən az müddətdə qüvvədə olmuşdur, 1700-cü ilin avqustunda Danimarka İsveçlə separat Travendal sülhü bağlayaraq müharibədən çıxmışdır.

  • Анисимов Е. В. Реформы Петра Великого. Прогресс через принуждение. — 1993. — С. 53. — ISBN 1-56324-047-5.
  1. Harbou, H. W. Reventlow, Christian Ditlev. http://runeberg.org/dbl/14/0028.html%7CDansk biografisk Lexikon. Udgivet af C. F. Bricka. Kjøbenhavn|издательство. Gyldendalske Boghandels Forlag (F. Hegel & Søn)|год.1900