Dua — Əli Şəriətinin elmi-fəlsəfi əsəri.
Dua | |
---|---|
| |
Müəllif | Əli Şəriəti |
Orijinalın dili | Farsca |
Ölkə | İran |
Tərcüməçi | Ağabala Mehdiyev |
Rəssam |
Naib Allahverdiyev, Azər Əsgərzadə |
Nəşriyyat | Parlaq İmzalar |
Nəşr | Yumşaq |
Səhifə | 216 (I: 1-64, II: 65-216) |
ISBN | ISBN 978-9952-8257-6-3 |
Dr. Əli Şəriətinin dərin düşüncələrinin və mənəvi dünyasının məhsulu olan “Dua” kitabı onun digər əsərləri içərisində öz parlaqlığı ilə seçilir. Kitabın birinci hissəsində Dr. Şəriətinin tərcümə etdiyi Nobel mükafatı laureatçısı Aleksis Karrelin mövzu dərinliyi ilə insanı heyrətləndirən “La Priere” (Dua) kitabçası yer almışdır.
Sonrakı hissələrdə isə Dr. Şəriətinin özünün duanın mahiyyəti, fəlsəfəsi, eşq, ehtiyac və mübarizə kimi məsələlərin müasir nəzəriyyələrlə qarşılaşdırılması və təhlili, müsəlmanlar arasında durğunluğa səbəb olmuş bu mövzulara müəllifin geniş elmi və dünyagörüşü pəncərəsindən orijinal baxışları yer almışdır.
Kitabın ən həyəcanlı səhifələri isə Dr. Şəriətinin coşqun, dərdli, fəlsəfi, tənqidi, üsyankar ruhundan pərvazlanan dualarıdır. Əslində isə, bu, dua müstəvisində onun İslam cəmiyyəti ilə bağlı arzularının və qəlb çırpıntılarının təzahürüdür.
Əli Şəriəti Aleksis Karrelin "Dua" kitabını fars dilinə tərcümə etdikdən sonra öz fikirlərini də əsərə əlavə etmişdir. Hər iki müəllifin əsəri 2015-ci ildə Ağabala Mehdiyev tərəfindən azərbaycan dilinə tərcümə olunmuş və 1 ad, 2 hissədə Parlaq İmzalar nəşriyyatında nəşr olunmuşdur.