Duayen

Duayen (fr. doyen — usta, ağsaqqal) — diplomatik korpusun rəhbəri, diplomatik təsnifata və konkret ölkədə akkreditə olunduğu müddətə görə daha yüksək olan diplomatik nümayəndə.

Bir çox katolik ölkələrində diplomatik korpusun duayeni Papanın diplomatik nümayəndəsi, Afrikanın bir sıra keçmiş koloniyalarında isə keçmiş metropoliyanın səfiridir.

Duayen yalnız yüksək təsnifatdan olan diplomatik nümayəndə ola bilər — səfir və ya Papa nunsisi (bəzi katolik ölkələrində — akkreditasiya vaxtından asılı olmayaraq yalnız bir nunsi, Toqoda — yalnız Almaniyanın səfiri, Burkina Fasoda — yalnız Afrika ölkələrinin səfirlərindən biri).[1] Duayenin fəaliyyətinə, məsələn, həmkarlarına yerli diplomatik adət-ənənələrlə bağlı təlimatlandırma daxildir. Diplomatik korpusda eyni təsnifatdan olan nümayəndəlik rəhbərlərinin daha üstün olması onların öz funksiyalarını yerinə yetirməyə daxil olma tarixi və saatı ilə müəyyən edilir (müasir təcrübədə bu an etimadnamələrin təqdim edilməsi vaxtından hesablanır).

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Селянинов О. П. Дипломатические отношения государств. Принципы, формы и методы. М.: МГИМО-Университет. 2004. səh. 65. ISBN 5922801538.