Dubısari (rum. Дубэсарь; bolq. Дубъсари; rus. Дубоссары) — Moldovada, tanınmamış Dnestryanı Respublikasında yerləşən şəhər. Əhalisi 25.060 nəfərdir. Dubısar rayonunun tərkibindədir.
Dubısari | |
---|---|
47°16′ şm. e. 29°10′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1523 |
İlk məlumat | 1523[1][2] |
Sahəsi | 15,52 km² |
Mərkəzin hündürlüyü | 38 m |
Əhalisi | |
Əhalisi | 25.060[3] nəfər (2014) |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | MD-4500[4] |
Digər | |
dubossary.ru dubasari.md |
|
Vikianbarda əlaqəli mediafayllar |
Dubısari sözü rumın dilində arxaik və cəmdə olan "dubăsar" ("qayıqçılar") sözündən törəmişdir. "Dubă" rumın dilində "qayıq" deməkdir.
Dubısari Moldovanın qədim yaşayış məskənlərindən biridir. Burada daş dövrünə aid artifaktlar və şəhərin ətrafında skiflərə aid olduğu güman edilən kurqanlar tapılmışdır. Müasir Dubısariyə aid ilk məlumatlar XIV əsrə aiddir və kəndli yarmakasının əsasında yarandığı ehtimal olunur. 1792-ci ildə Rusiya imperiyasının tərkibinə daxil olmuş, 1795-ci ildə şəhər statusu əldə etmişdir. 1803-1922-ci illərdə Xorsan quberniyasının bir hissəsi olmuşdur.
1924-1940-cı illərdə şəhər Moldova MSSR-nin tərkibində qalmışdır. İkinci dünya müharibəsi müddətində şəhər ağır sənayeləşmişdir. İkinci dünya müharibəsində Bessarabiyanın SSRİ tərəfindən işğalından sonra yaradılmış Moldova SSR-nin bir hissəsi olmuşdur. 27 iyul 1941-ci ildə alman və rumın qüvvələri tərəfindən işğal olunmuşdur. 1944-cü ilin yayında yenidən SSRİ-nin əlinə keçmişdir.
1951-1954-cü illərdə şəhərdə Dubısari su anbarı tikilmişdir.
Dnestryanı müharibəsi (1992) zamanı şəhərin degenerasiyası baş vermişdir. Şəhərin sənayesi bu müharibə zamanı zərər görmüşdür. O gündən şəhər Dnestryanının nəzarəti altındadır.
1989-cu ildə aparılan siyahıalmaya görə 35,806 nəfərlik əhalisinin 15.414-ü moldavan, 10.718-i ukraynalı, 8.087-si rus idi. 2004-cü ildə əhalisi 28.500 idisə, indi əhalisi 25.060 nəfər təşkil edir.