Dudelanj radio qülləsi (lüksemb. Sender vun Diddeleng)[2] – Lüksemburqun Dudelanj şəhəri yaxınlığında yerləşən radio və televiziya qülləsi. Hündürlüyü 285 metrdir. 1957-ci ildə tikilib tamamlanmışdır.
Dudelanj radio qülləsi | |
---|---|
lüksemb. Sender vun Diddeleng | |
49°27′48″ şm. e. 6°05′45″ ş. u. | |
Ölkə | Lüksemburq |
Şəhər | Dudelanj |
Tikilmə tarixi | 1956–1957 |
Hündürlüyü | 285 m[1], 299 m |
Material | polad |
Vəziyyəti | istifadə olunur |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
31 iyul 1981-ci ildə Belçikaya məxsus hərbi təyyarə qülləni vurmuşdur. Nəticədə qüllənin yaxınlığındakı bir evdə yaşayan cütlük dağıntılar altında qalaraq həlak olmuşdur.