Duman (rok qrup)

Duman - 1999-cu ildə yaradılmış türk rok qrupudur.

Duman
Əsas məlumatlar
Üslub alternativ rok
qranj
arabesk rok
Fəaliyyət illəri 1999—h.h.
Ölkə Türkiyə Türkiyə
Şəhər İstanbul
Leybl Sony BMG
NR1
Pasaj Müzik
Heyət Kaan Tangöze
Batuhan Mutlugil
Ari Barokas
Cengiz Baysal
Keçmiş üzvlər Alen Konakoğlu
www.dumanlive.com

90-cı illərin əvvəllərində musiqi həyatına başlayan vokalist Kaan Tangöze təhsil almaq məqsədilə Sittla gedir və Türkiyədə çıxarmaq istədiyi albom üçün musiqilər yazırdı. Buna qədər o, Ari Barokas və Yaqub Tranadan ibarət Mad Madame qrupu ilə Sittl və Los-Ancelesdə yayınlanan albomlarda çıxış etmişdi. Türkiyəyə qayıdanda Blu-Bluz-Bənddə (Blue Blues Band) çıxış edən Batuhan Mutlugili Mad Madame qrupuna daxil etdi və beləcə 1999-cu ildə Duman qrupu yaradılmış oldu. Ancaq Yaqub Trana bu qrupa qatılmadı.

Vokal və gitarada Kaan Tangöze, gitara və geri vokalda Batuhan Mutlugil, bas gitara və geri vokalda Ari Barokas, bateride başda Alen Konakoğlu'dan, sonra Cengiz Baysal'dan ibarət Duman, ilk albomunu çıxartmaq üçün yola düşdülər; ancaq qrupun hələ bir adı yox idi. Bundan sonra qrupun adı "Halimiz Duman" adlı mahnıdan ilhamlanılaraq Duman oldu.

Duman, 1999-cu ildə çıxan ilk albomunu Eski Köprünün Altında adı ilə musiqi bazarına daxil etdi. Albomun "Köprüaltı", "Hayatı Yaşa" və "Bebek" parçalarına klip çəkildi. "Bebek" parçasına klip çəkilmədən əvvəl Duman, etdiyi bir reportajda "Halimiz Duman" parçasını akustik olaraq çaldı və bu klip olaraq təşkil edildi; ancaq klip yayınlanmadı.

Qrup ikinci albomu Belki Alışman Lazım ilə böyük bir çıxış etdi. "Her Şeyi Yak" ifası yüksək bəyənmə yığan qrup, "Oje", "Bu Akşam", "Belki Alışman Lazım" və "Her Şeyi Yak" parçalarına klip çəkdi.

Duman sevərlər qrupun səhnə performansını əks etdirən "Konser" albomu və yenə NR1 Musiqi tərəfindən 2004-ci ilin oktyabr ayında yayımlanan olunan Türkiyənin ilk musiqi DVD "Bu Akşam" ilə təsəlli tapmışdılar. Belki Alışman Lazım adlı studiya albomları çıxdıqdan sonra 2.5 il qədər yaxın bir aradan sonra 2005-ci ilin iyun aylarında "Seni Kendime Sakladım" adlı 3. studiya albomlarını nəşr və albomla eyni adı daşıyan Seni Kendime Sakladım mahnısıyla çıxış etdilər. Ardından "Aman Aman" və "En Güzel Günüm Gecem" mahnılarına klip çəkdilər. Bu albomdakı və konsertlərdəki müvəffəqiyyətlərindən ötəri Altın Kelebek Mükafatına namizəd göstərildilər və bu mükafatı qazandılar. Mükafatlarını Erkin Koray'a "bu bizə deyil sizə layiqdir" deyərək verdilər.

2006-ci ildə Kaan Tangöze'nin köhnə qrup yoldaşı və Ari Barokas'ın əmisi oğlu Yaqub Trana ilə bir EP nəşr etdilər. Bu albom 2 dənə mahnıdan ibarət və klip "Karanlıkta" mahnısına çəkildi.

Kaan Tangöze və Batuhan Mutlugil 2006-ci ildə vətəni vəzifələrini yerinə yetirmək üçün əsgərə getdilər. Əsgərlik əvvəl NR1 Musiqi ilə bütün bağlar koparılmıştı. Askerlikleri bitdikdən sonra, yeni meneceri Şermin Ekinci ilə razılaşıb sürətlə konsertlərini verməyə və tamaşaçıları təkrardan coşturmaya başladılar.

Başda barabançı problemləri yaşayan qrupda sonradan daşlar yerinə oturdu. İlk albomda qrupa Alen Konakoğlu yoldaşlıq etdi lakin 2. və 3. albom qeydlərində qrup Cengiz Baysal'la birgə fəaliyyət göstərildi. Alen Konakoğlu isə 2007-ci ilə qədər səhnə performanslarında qrupla birlikdə olmağa davam etdi. 2007-ci ildən etibərənsə Alen Konakoğlu qrupdan ayrılaraq Nil Karaibrahimgil in bateristliyinə keçmişdir və Cengiz Baysal Duman qrupunun hal-hazırda çalışmaqda olduğu tək baterist mövqesinə gəlmişdir.

Artıq Duman yeni albom siqnallarını verirdi ki, NR1 11 dekabr 2007 tarixində "En Güzel Günüm Gecem 1999-2006" adlı albomunu çıxardı. Duman sevərlerini təmin etmənin ən asan yolu bu idi. 2008-ci ildə çıxması gözlənilən yeni studiya albomlarının 2009-ci ilə ertələnməsi pərəstişkarları arasında böyük kədər yaratmışdı. Duman 2008-ci ilin sentyabr ayında Antaliyada vermiş olduğu konsertdə yeni albomda yer alan iki parçanı səsləndirmiş və böyük bəyənmə yığmışdı. Pərəstişkarların yeni albom gözləməsini NR1 Musiqi 2 Sentyabr 2006-cı ildə ki verdiyi "Rock'n Coke Konseri" DVDini nəşr etdirməyə çalışmışdır. Yalnız belə bir problem var idi; bu iki albom Duman'ın istəyiylə çıxarılmamışdır. Bu görə Duman'ın rəsmi və fan saytında bu albomların adı keçmir.

Duman qrupu 8 ​​dekabr 2008 tarixində, 2009 18 Martda çıxan yeni albom parçalarının qeydlərini İrlandiyada etmişdir və təxminən 2 ay sürən qeydlər müddətində Duman qrupu İrlandiyada qalmışdır. Daha sonradan Duman 7 Fevral 2009 tarixində İrlandiyada qeydlərini bitirib öz ana vətənləri Türkiyəyə qayıtmışdır. Duman, yeni albom qeydlərini Dublində; Muse, Snow Patrol, Manic Street Preachers, REM, The Editors, The Departure kimi dünyaca tanınmış rok qruplarının da qeydlərini etdiyi Grouse Lodge Studiyasında 65 gündə gerçekleştirmiştir.Duman yeni albomunu Sony BMG Musiqi etiketiylə satışlara təqdim etmiş və yeni çıxan albomda prodüserliyi ilk dəfə özləri yapmıştır. Duman bu albomda tərzini az da olsa dəyişdirmişdir. Bu ana qədər albomlardakı söz və musiqilərini Kaan Tangöze və Ari Barokas yapmıştır. Ama bu albomda bəzi mahnıların söz və musiqiləri Batuhan Mutlugil'e və Duman'ın 4. işçisi Çingiz Baysal'a aid mahnılar da vardır. Qrup albomun ilk gala konsertini İstanbul Bostancı Gösteri Mərkəzində vermişdir.

Duman, Duman I albomundakı "Rezil" parçasında olan "lem yelid löp yutar" sözü ilə də tənqid olunmuşdur. Kaan Tangöze, bu parçanı dini pis yollarda istifadə olunmasını tənqid üçün çıxardıqlarını ifadə etmişdir.

18 İyul 2009 tarixində saat 20: 50'de verdiyi Rock'n Coke Konsertində, Dream TV yalnız Duman'ın 3 mahnısını nəşr. Bundan ötəri böyük bir xəyal qırıqlığı keçirən pərəstişkarları buna üsyan ettiler.Hatta Facebook`da Duman pərəstişkarları Anti Dream TV adında bir qrup belə meydana gətirdilər. 2 gün sonra Duman'ın köhnə meneceri Şermin Ekinci, Dream TV ilə aralarında bir problem olmadıqları, hətta Dream TV-nin Duman'ın dəstəklədiklərini, 3 mahnı yayınlamalarının səbəbi isə konsert videolarının dərhal internetə yayılmasıdır demişdir.

Duman 18 Mart 2009 tarixində çıxardığı Duman IDuman II albomundan ilk klipini Dibine Kadar mahnısına Kemerburgaz'da daş ocaqlarında pərəstişkarlarıyla birlikdə çəkmişdir. Bu klipin rejissorluğunu Pearl Jam, Radiohead, Placebo Arxivləşdirilib 2020-09-30 at the Wayback Machine kimi məşhur sənətçilərindən klip rejissorluğunu etdiyi Yon Thomas etmişdir. Duman bu albomlarının ikinci klipini isə "Senden Daha Güzel" mahnısına 16 Oktyabr İzmir Ooze Venue və 17 oktyabr Ankara Saklıkent konsertləri zamanı çəkmişdir. Klibi bir çox pərəstişkarları bəyənməsə də klip Türkiyədə bir ilkdir. Çünki klipi izləyənlər Duman'ın gözündən konsert sahəsini müşahidə fürsəti tapırlar. Duman üçüncü klipini isə "Elleri Ellerime" adlı mahnısına çəkmişdir. Duman 2010-cu ilin aprel ayında "Sor Bana Pişman mıyım" adlı mahnısına klip çəkilişi etmişdir. Ancaq texniki axsaqlıqlar üzündən klip yayımlanmadı. Daha sonra 2011-in Fevral ayında klip yayımlanmışdır.

Galatasaray Universiteti İşlətmə Klubu 'Ən yaxşı musiqi qrupu' olaraq Dumanı seçmişdir.

Duman qrupunun meneceri Sentyabr 2012 tarixindən etibarən Elif Konuray olmuşdur.

Duman konsert albomu "Canlı" 2011 İyun ayında çıxarmışdır. Albom 2 CD ibarətdir. Erkin Koray'ın "Sen Yoksun Diye" və Aşiq Veysəlin "Kara Toprak" adlı əsərlərini özlərincə şərh etmişlər və alboma da əlavə etmişlər. Bu albomda də Duman bir fərqlilik etmişdir və bu fərqlilik 2. CD ki akustik əsərlərdir. Albomun ilk performans klipi ayrıca Duman I'de də olan "Helal Olsun" adlı parçaya çekilmiştir. Albomun ikinci klipi isə "İyi de bana ne " parçasının akustik performans klipidir. Qrup daha sonra 12 Sentyabr 2013 tarixində 13 hissəlik Darmaduman albomunu çıxardı. İlk klip söz və musiqisi Ari Barokas'a aid olan "Yürek" adlı mahnıya çəkildi. İkinci klip söz və musiqisi Kaan Tangöze'ye aid olan "Melankoli" adlı mahnıya çəkildi. Klip sadə olması səbəbiylə "Qrupun pulu bitdi" kimi tənqidlər aldı. Üçüncü klip söz və musiqisi Batuhan Mutlugil'e aid olan "Öyle Dertli" adlı mahnıya çəkilib.

Qrupun üzvləri

[redaktə | mənbəni redaktə et]
  • Kaan Tangöze - Vokalist, ritim gitar
  • Batuhan Mutlugil - Solo gitar, back-vokal
  • Ari Barokas - Bass gitar, back-vokal
  • Çingiz Baysal - Zərb (drum)
  • Eski Köprünün Altında (1999)- NR1
  • Belki Alışman Lazım (2002) - NR1
  • Konser (2003) - NR1
  • Bu Akşam (2004) - NR1
  • Seni Kendime Sakladım (2005) - NR1
  • En Güzel Günüm Gecem 1999-2006 (2007) - NR1
  • Rock'n Coke Konseri (2 sentyabr 2006) (2008) - NR1
  • Duman I (2009)- Sony BMG
  • Duman II (2009) - Sony BMG
  • Canlı (2011) - Pasaj Müzik
  • Darmaduman (2013) - Pasaj Müzik