Dumlu qalası

Dumlu qalası — Düz kəsmə daşlardan tikilmiş olan Dumlu qalası, orta əsrlərdən günümüzə qədər çatan bir qaladır. Tikintisi XI və ya da XII əsrdə tikilən qala, Çukurova "dağ qalaları" adlandırılan qalalar kompleksinin ikinci hissəsidir.

Dumlu qalası
türk. Dumlu kalesi
37°09′00″ şm. e. 35°42′04″ ş. u.
Ölkə

{{ {{{1}}} | miqyas = | alias = Türkiyə | flag alias = Flag of Turkey.svg | flag alias-imperiya = Flag of the Ottoman Empire (1844–1922).svg | variant = | altlink =

}}
Şəhər Adana
Yerləşir Ceyhan
Tikilmə tarixi XI-XII əsrlər
Xəritədə yeri
Map

Tarixi[redaktə | mənbəni redaktə et]

Adana vilayət sərhədləri içindəki bir çox qala kimi haqqında çox məlumat olmayan Dumlu qalası, Adananın Ceyhan ilçəsinə 17 kilometr məsafədə olan İmamoğlu ilçəsinə gedərkən Tumlu kəndinin ərazisindədir[1]. 75 metr hündürlüyündəki əhəngdaşlı bir təpə üzərində qurulmuşdur. Çukurova "dağ qalaları" zəncirinin ikinci halqası olan Dumlu qalası, Adana-Kozan karvan yolunu izləyə və ətrafındakı bir çox qalayla əlaqə yarada bilən əlverişli mövqedədir.

Ətrafı 800 metr olan Dumlu qalasının nalşəkilli 8 bürcü var[2]. Qalaya giriş şimal hissədəndir. Şimal tərəfdə qayaların düzəldilməsi təşkil edilmiş pilləkən izləri yer yer fərq edilməkdədir. Bundan başqa, daxili hissədə 3 ədəd yan giriş mövcuddur.

Dumlu qalasının düzənliyə baxan şərq küncündə bir müşahidə qülləsi və müdafiə xəndəkləri ilə qala divarları var. Qalanın içində 3 ədəd su quyusu mövcuddur. Qalanın şərq, cənub və şimal hissələri başdan-başa tonozlu formalarla bir-birinə bağlıdır. Düz kəsmə daşlardan tikilmiş olan Dumlu qalası orta əsrlərə aid olub, inşası XI və ya XII əsrə aiddir.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  1. Diğer Tarihi Yerler- Dumlu Kalesi
  1. "Dumlu Kalesi". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-26.
  2. "Dumlu Kalesi-Adana Tarihi Kaleleri". 2015-04-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-26.