Duxoborlar — təriqət.
Duxoborlar | |
---|---|
Təriqətin əsası XVIII əsrdə S. Kolesnikov və L. Pobiroxin adlı kəndlilər tərəfindən qoyulmuşdur. Duxoborlar özlərini "müqəddəs ruh uğrunda mübarizlər" adlandırırlar. Təriqət mütləqiyyətə və kilsəyə müxalifət şəklində yaranmışdır. Dini icmanın mənəvi mərkəzi Yekaterinoslav quberniyasının Nikolskoye kəndində yalnız 1791-ci ildə, yeni dini nəzəriyyə haqqında sənəd Kaxovski qubernatoruna təhvil verildikdən sonra yaradılmışdır.[1]
İsa Məsih təriqət ardıcılları üçün ilahi qüvvənin təcəssümü olan adi adam idi. Təriqəq başçıları "canlı tanrılar" hesab edilirdilər. Duxoborlarda ədalətli cəmiyyət haqqında utopik ideyalar da güclü idi. XIX əsrin sonlarında duxoborlar içərisində sinfi parçalanma güclənmişdi. Azərbaycanda bu təriqətin ardıcılları 1844-cü ildə məskunlaşaraq Slavyanka kəndinin əsasını qoymuşlardır. Sovet hakimiyyəti şəraitində onlar təqib olunmuş, çoxları xaricə köçmüşlər. Onlar bərabərlik əsasında kommunalar yaratmağa təşəbbüs göstərmişdilər. Bu təriqətin ardıcılları İncilə deyil, özlərinin "Dirilik kitabı"na ("Həyat kitabı"na) və onun rəvayətlərinə inanırdılar. Vaxtilə onlar çarizmin güclü təqibinə rast gəlib Rusiyadan qaçmışlar. İndi çox az duxobor icmaları vardır.
Din haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |